"Moskva həmin epizodun efirə getməsinə icazə vermədi" - Xalq artisti

"Moskva həmin epizodun efirə getməsinə icazə vermədi" - Xalq artistiKinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrossa və Beynəlxalq Kann Film Festivalının rəhbərliyinə etiraz məktubu göndərib. Məktubda bu il keçiriləcək 73-cü Beynəlxalq Kann Film Festivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi "Əgər külək əsərsə" ("Si Le Vent Tombe") filminin salınmasıan etiraz bildirilir. Qeyd olunur ki, bu film Azərbaycan və xalqına qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir.

Filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemdə, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Bu da təbii ki, Azərbaycan tərəfində narahatlıq yaradır.

Düşündürən suallardan biri əlbəttə ki, kino sahəmizlə bağlıdır. Azərbaycan kinosu ölkəmizi nə qədər tanıda bilib? Ermənilərin yalan məlumatlarıan qarşı bizim real tarixə əsaslanan həqiqətləri dünyaya çatdıran nə qədər milli kinomuz var?

Mövzu ilə bağlı Sonxeber.az-a xalq artisti Rasim Balayev danışıb. O real tarixə əsaslanan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran milli kinomuzun olmadığını bildirib:

"Belə bir filmimiz yoxdur. Ermənilər bizim düşmənimizdir. Onlar bizim yerlərdə filmlərini çəkib bütün dünyaya yayırlar. Ermənilərin işi ömür böyu belə işlərlə məşğul olmaq olub. Qarabağ müharibəsi başlamazdan əvvəl də ermənilər bizə qarşı həmişə bu cür təxribatlar həyata keçiriblər. "Babək" filmini çəkəndə biz bəzi şeylərlə qarşılaşdıq. Orada tarixdə göstərilir ki, Babəki Səhl ibn Sumbat, yəni milliyətcə erməni olan insan satıb. Biz həmin epizodu çəkmişdik. Biz ilan mələyən yerdə həmin epizodların çəkilişini apardıq. Səhnədə göstərilirdi ki, Babək Səhl ibn Sumbatın evinə gedir ki, orada gecələsin ,yenidən qoşun yığıb ərəblərlə vuruşsun. Səhl ibn Sumbat onu satır. O evdən çıxıb yola düşmək istəyəndə görür ki, artıq qılıncını da götürüblər. Moskvada bu kadrların efirə getməsinə icazə vermədilər. Dedilər ki, Babək Azərbaycanın milli qəhrəmanıdır, bu kadrlar millətlər arasında yaxşı hadisəyə çevrilməz. Həmin epizodun verilməməsinə çox dilxor oldum. Düz bir həftə həmin epizod üzərində əziyyət çəkmişdik. Titrdə bir yolla Babəkin Səhl ibn Sumbatın satqınlığı nəticəsində neçə yüz min dirhəm pul alması və s. haqqında yazı getdi".

Xalq artisti Rasim Balayev ermənilərin Kann Film Festivalına yol açmasının səbəbini Fransada onları maliyyələşdirən və sözlərinin ötməsini təmin edən lobbilərinin olması ilə əlqələndirib:

"Ermənilər qədimdən bizimlə düşmənlərdir. İndi isə biz açıq düşmənlərik. Ermənilərin ən böyük lobbisi Fransadadır. Eşitdiyimə görə ermənilərin Fransa parlamentində deputatları, hətta idarəçilikdə sözünü deyən nazirləri də var. Biz bu halın qarışını almaq üçün ora bura şikayət etməli deyilik. Əgər istəyirsənsə, sən də çəkib göstərməlisən. Arzum odur ki, Qarabağı alaq və ermənilərin dağıdıb uçurduqları yerlərimizi, vandalizmini dünyaya göstərək. Əgər Qarabağ sənindirsə, niyə ordakıları dağıdırsan? Bəlkə də Bakıda qazıntı işləri aparılsa buranın köhnə erməni şəhəri olduğu kimi fikirlər yaranar. Onlar Sovet vaxtından işləyirdilər. Qazıntılara bir xaç atırdılar ki, burda guya ermənilər məskunlaşıb. Bu onların xislətidir. Onlar bu işdə təşkilatlanıblar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3134   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352