Milyarder narkobaronun qızı yardım kampaniyasına başlayıb

Milyarder narkobaronun qızı yardım kampaniyasına başlayıbDünyanın ən böyük və ən qəddar narkokartellərindən olan "Sinaloa"nın hazırda ABŞ-da həbsdə olan rəhbəri, "El Çapo" ləqəbli Hoakin Qusmanın qızı Alehandrina Gizel Meksikanın Quadalahara ştatında genişmiqyaslı yardım kampaniyasına başlayıb.

Milli.Az xəbər verir ki, milyarder narkobaronun qızı üzərində atasının xüsusi dizaynla hazırlanmış trafaret portreti olan qutulara yığılmış ərzaq məhsullarını koronavirus pandemiyası nəticəsində işsiz qalanlara, habelə kasıblara paylayır.

Aksiya leqaldır və Qusmanlar ailəsinə məxsus olan "El Chapo 701" şirkəti tərəfindən həyata keçirilir.

701 rəqəmi "El Çapo"nun dünyanın ən zəngin adamları reytinqdə tutduğu yerdir.

Xeyriyyə aksiyasının digər ştatlarda da reallaşdırılacağı deyilib. "El Çapo"nun oğlu Ovidio Qusman Lopes ən azı 10 min meksikalıya yardım göstəriləcəyini vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2171   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş