Ekspert: "Yeni yollarda əlavə nişanlardan istifadə edilməlidir"

Ekspert: "Yeni yollarda əlavə nişanlardan istifadə edilməlidir"Bakı Nəqliyyat Agentliyi (BNA) küçə və prospektlərdə müxtəlif dəyişikliklər aparır. Misal olaraq yollarda çıxıntıların inşa edilməsini, "cib" tipli avtobus dayanacaqlarının yaradılmasını və digər addımları göstərmək olar. Piyada və sürücülər isə bəzən bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələn, sürücülər yeni inşa edilən çıxıntıları bu vaxta qədər görməyə öyrəşmədiklərini və buna görə də avtomobili səhvən o çıxıntıların üzərinə sürdüklərini deyirlər.

Yollarda yeniliklərə sürücü və piyadaların daha tez adaptasiya olması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "Editor.az" saytına açıqlama verib. Ekspert ilk öncə bu dəyişikliklərin daha sürətlə aparılmalı olduğunu qeyd edib:

"Dünyanın müasir şəhərlərində yol infrastrukturu salınarkən əsas prioritet piyada hərəkət üçü əlverişli şəraitin yaradılması olur. Daha sonra velosiped, ictimai nəqliyyat və ən son sırada şəxsi avtomobilləri hərəkəti nəzərə alınır. Küçədə bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti təmin olunmalıdır. Bu məqsədlə BNA da bir sıra tədbirlər həyata keçirir. Misal olaraq, yolların optimallaşdırılması və "ideal səki" layihələrini göstərmək olar. Bu tədbirlərin icrası çox müsbət haldır. Amma bu işlərin daha sürətli və daha geniş arealda görülməsinə ehtiyac var. Onda piyada və sərnişinlərin də buna reaksiyası yalnız müsbət olar".

R.Ağamirzəyevə görə sürücülərin şikayətlərinin səbəbkarı BNA deyil:

"Podratçılar və istismara nəzarət edən təşkilatların işlərində bəzi boşluqlar nəzərə çarpır. Dəyişiklik edilən yollarda ciddi işıqlandırma, üfüqi nişanlanma və ənənəvi nişanlardan əlavə nişanların da olması zərurəti vardır. Bu, həm tikinti dövründə, həm də tikintidən sonra olmalıdır. Bakı aktiv şəkildə tikinti işləri aparılan şəhərdir. Tikinti gedən ərazidə nişanlar daha çox olmalıdır ki, sürücü bu əraziyə yaxınlaşanda sürəti azaltsın. Gözəl olardı ki, hansı yollarda tikinti getməsini göstərən mobil tətbiqlər olsun. Müsbət haldır ki, BNA bu yenilikəri etməyə şəhərin mərkəzindən yox, bir qədər kənardan başladı".

"Yolların optimallaşdırılması və yeni səkilərin salınması ilə bağlı təbliğat-təşviqat işləri də artırılmalıdır. Yollarda edilən dəyişikliklərə sürücüləri psixoloji hazırlamaq lazımdır. Bu işdə mətbuat və media da yaxından iştirak etməlidir. Yaxşı olardı ki, qısa videoçarxlar da hazırlanıb sosial şəbəkələrdə paylaşılsın", – deyə ekspert əlavə edib.

Xatırladaq ki, BNA tərəfindən paytaxtda yolların optimallaşdırılması işləri aparılır. Optimalaşdırma layihələri çərçivəsində yollarda çıxıntılar inşa edilir, avtobuslar üçün "cib" tipli dayanacaqlar yaradılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 497   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930