Bu şəhərdə fövqəladə vəziyyət elan edildi

Bu şəhərdə fövqəladə vəziyyət elan edildi
Serbiyanın paytaxtı Belqradda koronavirusun yenidən yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

BiG.AZ Trend-ə istinadən məlumat verir ki, bu barədə şəhərin meri Zoran Radoyiçiç bildirib.

Qeyd olunur ki, Serbiyada son sutka ərzində yoluxma sayı kəskin artıb. Bütün ölkədə 359 yeni yoluxma qeydə alınıb.

Serbiyada yoluxmanın 82,5 faizi paytaxtı Belqradın payına düşür.

Bu günədək Serbiyada 15 mindən çox şəxs koronavirusa yoluxub, 287 nəfər ölüb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1266 Tarix: 03.07.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol