Turistə 91 manata bir dönər satılıb - FOTO
Restoranların birində çəkilən foto sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya yayılıb.
Milli.Az bildirir ki, fotoda üzərində fantastik qiymətlər yazılmış çek əks olunub. Hətta, qiymətlər o qədər şişirdilib ki, bu barədə İngiltərə və Almaniya mediası da xəbər yazıb.
Söhbət Bodrumdakı restoranların birində müştəriyə gətirilən hesabdan gedir. Belə ki, hesabda bir dönər üçün müştəridən 48 avro ( 91 manat ) tələb edilib.
Qiymətlərin anormal olduğunu görən turist çekin şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Foto qısa zamanda bütün dünyada müzakirələrə səbəb olub.
BiG.Az


Xəbərlər Baxılıb: 4093 Tarix: 03 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş