"İki oğlanı sevirdim, onlara görə Xəyyamla dalaşırdım" - Röya

"İki oğlanı sevirdim, onlara görə Xəyyamla dalaşırdım" - Röya

Xalq artisti Röya Ayxan "Tap-a-tap" layihəsində qonaq olub.
Axşam.az xəbər verir ki, müğənni məktəb illəri ilə bağlı sualları cavablandırıb. O bildirib ki, 10 yaşından sonra məktəbə getməyib:

"1998-ci ildə məktəbi bitirmişəm. Oxuyan uşaq olmamışam. Mahnı oxuyub qiymət alırdım. "W-trio"da oxuyurdum, çox məşhur idim. Getmisdim attestatımı almağa.

10 yaşımdan sonra məktəbə getmirdim. Qardaşlarım oldu, iki bacı onlara baxırdıq. Məktəbdə benzin iyini sevirdim. Hər zaman istəyirdim ki, axıra qalım və oraları benzinlə silim.

Xəyyamla davalarım yadımda qalıb. Bir-iki oğlan sevirdim, onların üstündə Xəyyamla qırğın edirdim. Hər zaman böyük siniflərin uşaqları ilə dostluq etməyi xoşlayırdım".

Röya daha sonra karantin günlərindən bəhs edib. İfaçı bütün günü tarixi filmlərə baxdığını deyib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4092 Tarix: 03.07.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol