SOCAR: Dənizdə işləyənlər test nəticələri mənfi çıxandan sonra işə göndərilir

SOCAR: Dənizdə işləyənlər test nəticələri mənfi çıxandan sonra işə göndərilir"Sərt karantin dövründə işçilərin koronavirusa (COVID-19) yoluxma və başqalarını yoluxdurma riskini minimuma endirmək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) siyasəti işçilər arasında koronavirus testlərinin intensiv keçirilməsi, mütəmadi dezinfeksiya, sosial məsafənin qorunması, habelə mümkün olduğu hallarda işçilərin distant şəkildə (evdən) işləməsi və digər tədbirləri əhatə edir".

Bunu "Report"un sorğusuna cavab olaraq SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov şirkətin sərt karantin dövründə necə işləməsi ilə bildirib.

Onun sözlərinə görə, neft sənayesi ölkəmiz üçün həyati əhəmiyyətli iqtisadi sahələrdən olduğuna görə, neftçilər bu gün də iş başındadırlar: "Şirkətin idarəetmə aparatında, idarələrdə, dəniz obyektlərində koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı mütəmadi tədbirlər görülür. İnzibati binalarda bio-dezinfeksiya keçidləri quraşdırılıb, quru və dənizdəki istehsalat obyektlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, işçilər xüsusi yoxlamadan keçirilir. Vətəndaşların fiziki qəbulları təxirə salınıb, müraciətlər yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir".

SOCAR rəsmisi bildirib ki, dəniz özüllərində xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb: "Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb".

İ.Əhmədov qeyd edib ki, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah həftənin 7 günü, sutkanın 24 saatı öz fəaliyyətini davam etdirir: "Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə rəqəmsal vasitələrlə bağlantı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır. Dəniz obyektlərində çalışan işçilər xüsusi ayrılmış karantin zonalarına yerləşdirilir, həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Rəhbər işçilər istisna olmaqla, bir çox işçilərə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda rəhbərlər ilə razılaşdırmaqla, iş yerinə gəlmədən evdən işləmə imkanları yaradılıb. Dənizə gedən işçilər xüsusi karantində saxlanılır və test nəticələri mənfi çıxandan sonra iş yerinə göndərilir. Ofislərə gələn işçilər arasında da mütəmadi olaraq testlər aparılır. Karantin dövründə işçilər qoruyucu və digər vasitələrlə təmin olunurlar".

Qurum sözçüsü həmçinin bildirib ki, pandemiya dövründə işçilərin inkişafına distant şəkildə töhfə vermək məqsədilə müxtəlif mövzuları əhatə edən daxili vebinarlar keçirilir: "SOCAR-ın müəssisələri və struktur bölmələrinin kollektivi istehsalat fəaliyyəti ilə yanaşı, dövlətin koronavirusla bağlı tədbirlərində, əhaliyə ərzaq yardımı aksiyalarında, eyni zamanda həkimlərimizə dəstək məqsədilə həyata keçirilən sosial xarakterli çağırışlarda da aktiv iştirak ediblər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1487   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 444
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 299
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 251
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 417
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 568
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 3523
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 225
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 567
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 238