Evli azərbaycanlı Rusiyada qanunsuz nikaha girdiyi üçün məhkəməyə verildi

Evli azərbaycanlı Rusiyada qanunsuz nikaha girdiyi üçün məhkəməyə verildi

Rusiyanın Bryansk vilayət prokurorluğu miqrasiya sahəsində qanun pozuntusu aşkarlayıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, araşdırmaya səbəb Azərbaycan vətəndaşının Miqrasiya İdarəsinə sorğu göndərməsi olub.

O, müvəqqəti yaşayış icazəsi və sonra Rusiya vətəndaşlığını almaq üçün idarəyə müraciəti zamanı Bryansk sakini ilə evlilik şəhadətnaməsi təqdim edib.

Araşdırma zamanı məlum olub ki, cütlük ailə qurmaq niyyətində olmayıb. Vilayət prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, azərbaycanlının yeganə məqsədi Rusiya vətəndaşlığı almaq olub.

Eyni zamanda, həmin şəxsin Azərbaycanda nikah qeydiyyatı olduğu müəyyən edilib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2079 Tarix: 02.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol