AQTA 88 obyektdə pozuntular aşkarlayıb

AQTA 88 obyektdə pozuntular aşkarlayıbNazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, 1 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən 64 ictimai iaşə obyekti, 162 ərzaq satışı mağazası olmaqla, ümumilikdə 226 müəssisədə reyd keçirilib.

Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 88-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Al market", "Kəpəz", "Murad", "Harun", "Rəşad", "Kənan", "Yadigar" marketlər, Aslanov Tofiq Allahverdi oğluna, Piriyev Şahin Əhməd oğluna, Qədirova Təranə Heyyam qızına, Mirzəliyeva Mehriban Mustafa qızına, Əliyev Müşfiq Soltan oğluna, Allahverdiyeva Təranə Gülməmməd qızına, Nərimanov Murad Mürşüd oğluna, Səfərov Rəşid Rizvan oğluna, Bayramov Əli Salamulla oğluna, Abbasov Elvin Murad oğluna, Mirzəyev Fuad Mirdamət oğluna, Niftalıyev Ələmdar Rəhim oğluna məxsus ərzaq mağazaları.

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhərində "Ramiz", "Pioner", "Abbas", "Ağabala" ərzaq mağazaları.

Xaçmaz rayonunda Nəzirov Ayaz Kamran oğluna, Aydəmirov Məhəmməd Valeh oğluna məxsus ərzaq mağazaları, Ağasıyev İlqar Ağası oğluna, Məmmədov Cavid Əhməd oğluna, Ağayev Nemət Sadıq oğluna, Məlikməmmədov Rəşad İlyas oğluna, Kərimov Eyvaz Kərəm oğluna məxsus ət satışı mağazaları.

Neftçala rayonunda Rəhimov Rəhil Əliağa oğluna, Qənbərov Ruslan Sahib oğluna, Yusifov Səlim Əliağa oğluna, Məmmədov Vəli Mustafa oğluna məxsus ərzaq mağazaları.

Salyan rayonunda "Al market".

İsmayıllı rayonunda Salmanov Vüqar Həmid oğluna, Hacıyev Oqtay Ələddin oğluna, Abdurazaqov Asif Yusif oğluna məxsus ərzaq mağazaları, Məmmədov Taleh Elçin oğluna məxsus "Mican" kafe, Abdullayev Ağarəhim Ağadadaş oğluna məxsus yeməkxana və Novruzov Samir Hacı oğluna məxsus dönərxana.

Şamaxı rayonunda "Planet", "Dostluq", "Ocaq", "Al market" ərzaq mağazaları, Bayramov Rafiq Qurban oğluna məxsus market, Rəhimov Elçin Rafiq oğluna, Babayev Rəşad Ələmdar oğluna, İmanov Malik Adil oğluna məxsus ət satışı mağazaları və "Zümrüd" restoranı.

Mingəçevir şəhərində Allahverdiyev Mübariz Məmməd oğluna məxsus kafe, Kazımova Rüxsarə Manaf qızına məxsus ərzaq mağazası.

Oğuz rayonunda Musayev Çingiz Əşrəf oğluna məxsus ərzaq mağazası.

Zaqatala rayonunda "Oba" market.

Qax rayonunda Məmmədov Rafiq Qədir oğluna və Əliyev Allahverdi Əsgər oğluna məxsus ərzaq mağazaları.

Masallı rayonunda "Cənub" və "Halal" marketlər, Paşayev Bəylər İmran oğluna, Əhmədov Anar Tapdıq oğluna, Bəşirli Zamin Xaliq oğluna, Şirəliyev Nizami Əhməd oğluna, Mirişov Vüsal Rizvan oğluna, Ağayev Bəhram Qənbər oğluna, Məmmədov Vidadi Abbasqulu oğluna, Həşimov Natiq Sultanağa oğluna, Mütəllimzadə Nurlan Çingiz oğluna, Zeynalov Elgün Sərraf oğluna məxsus ərzaq mağazaları.

Astara rayonunda "Seymur", "Fərmail", "Elvin", "Yeganə", "Ataxan" marketləri.

Goranboy rayonunda İbrahimov Elçin Adil oğluna və Nəcəfova Natəvan Fəxrəddin qızına məxsus yeməkxanalar, Əliyev Sirəddin Saleh oğluna məxsus kafe.

Göygöl rayonunda "Pərvin" marketi.

Gəncə şəhərində "Bizim" market və "Zəhmət" şərab evi.

Ağstafa rayonunda "Göyçə", "Sərinlik" kafeləri, "Ağstafa" ərzaq mağazası.

Qazax rayonunda "Qala", "Qozlu" kafeləri, "Şıxlı" və "Qala" ərzaq mağazaları.

Tovuz rayonunda "Oba" və "Peyman" marketlər.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 565   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643