Günəşin altında iki saatlıq gəzinti qızı tanınmaz hala saldı - FOTO

Günəşin altında iki saatlıq gəzinti qızı tanınmaz hala saldı - FOTO
Günəşin altında iki saatlıq gəzinti qızın üz-gözünün şişməsi ilə nəticələnib.

“The Mirror”un məlumatına görə, hadisə ABŞ-ın Oklahoma ştatının Ponka-Siti şəhər sakini Peyton Uilyamsın başına gəlib.

Məlumata görə, gənc qız həmin gün az günəşli və buludlu olduğu üçün günəş kremindən istifadə etməyib. Lakin gəzintidən sonra o, güclü ağrı və zəiflik hiss edib. Ertəsi gün isə üzü və gözü şişib, alnında, demək olar ki, beş santimetr böyüklüyündə yara əmələ gəlib.

Qız dərhal xəstəxanaya gedib. Həkim ona ağır günvurma diaqnozu qoyub və antibiotik təyin edib.

Hazırda gənc amerikalı qızın vəziyyəti yaxşılaşıb. Bununla belə, o, sosial media vasitəsilə hamıya səslənərək, Günəşin altında gəzintilərə diqqət etməyə və qeyri-adi hallarda dərhal həkimə müraciət etməyə çağırıb.

Günəşin altında iki saatlıq gəzinti qızı tanınmaz hala saldı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3717 Tarix: 02.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol