TƏBİB: Bugünkü qərarlar ona görədir ki, rəqəmlər pik həddə çatmasın

TƏBİB: Bugünkü qərarlar ona görədir ki, rəqəmlər pik həddə çatmasın

“Hələ ilk günlərdən çarpayı fondu və tibbi avadanlıq baxımından heç bir problem yoxdur. Bugünkü qərarlar ona görədir ki, rəqəmlər pik həddə çatmasın”.

BiG.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, yoluxmaların sayının idarə edilməsinə çalışılır:

“İtkilərin minimal olması üçün çalışırıq. Xəstəlik çox ciddidir və xahiş edirəm bunu nəzərə alın. Elə strategiya yoxdur ki, xəstələnənlərin sayı pik həddə çatsın və bundan sonra nəsə qabaqlayıcı tədbirlər görülsün. Ona görə də əlimizdən gələn qədər tədbirlər görəcəyik”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1653 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər