TƏBİB sədri Ramin Bayramlının harada olduğuna aydınlıq gətirilib

TƏBİB sədri Ramin Bayramlının harada olduğuna aydınlıq gətirilib
“Karantin rejiminin nəticə verməməsi söhbəti düzgün deyil. Çünki nəticə özünü göstərir”.

BiG.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, yoluxma sayı 500-ün üzərində olsa da, say stabilləşib: “Bugünkü gündə tibb müəssisəsindən kənarda heç kimi müalicə etmirik”.

Y.Qarayeva əlavə edib ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iş başındadır: “O REACT layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2902 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər