Sumqayıtda yataqxanada yanğın: Zəhərlənən var

Sumqayıtda yataqxanada yanğın: Zəhərlənən var
Sumqayıt şəhərində yanğın olub.

Baku TV xəbər verir ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 8 saylı yataqxananın dördüncü mərtəbəsindəki mənzildə qeydə alınıb.

Yanğın nəticəsində mənzil 20 kv/m sahədə yanıb, orada olan əşyalar yararsız hala düşüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı həmin evdə yaşayan 2000-ci il təvəllüdlü Soltanov Soltan Rasim oğlu tüstüdən zəhərlənib.

Ona təcili tibbi yardım əməkdaşları tərəfindən yardım göstərilib.

Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 553 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər