Vəhşilikdə ittiham olunan məşhur müğənni koronavirusa yoluxdu - VİDEO

Vəhşilikdə ittiham olunan məşhur müğənni koronavirusa yoluxdu - VİDEO

Rusiyanın Əməkdar artisti olan məşhur müğənni Anita Tsoy koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

BiG.AZ-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Anna Krujel bildirib.

O, qeyd edib ki, izolyasiya rejiminə riayət edən və bütün lazımi tədbirləri görən Tsoyun virusa haradan yoluxduğu məlum deyil.

Müğənninin vəziyyəti barədə məlumat verilmir.

Xatırladaq ki, daha öncə Anita Tsoy pişiklə kobud rəftarına görə vəhşilikdə ittiham olunub. "İnstagram"da yerləşdirdiyi videoda o, pişiyi göyə atır, lakin tuta bilmir. Bu görüntü heyvansevərlərin qəzəbinə səbəb olub.



Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1676 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər