NASA "antikoronavirus" effektli boyunbağı hazırladı - VİDEO

NASA "antikoronavirus" effektli boyunbağı hazırladı - VİDEO

NASA koronavirusdan "qoruyan" qeyri-adi boyunbağı hazırlayıb. Onu taxan şəxs hər dəfə üzünə toxunmaq istədikdə boyunbağı titrəməyə başlayır. Maraqlı zinət əşyası 3D-printer vasitəsi ilə çap olunacaq.

NASA "antikoronavirus" effektli boyunbağı hazırladı - VİDEO

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Belə ki, cihaz infraqırmızı sensorla insanın üzünə yaxınlaşan əlini "hiss edir" və boyunbağının içindəki mühərrik işə düşür.

Bu yolla ixtiraçılar koronavirusun bədənə göz, burun və ağızdan daxil olmasının qarşısını almağı düşünürlər.

Eyni zamanda, NASA cihazın maska ​​və digər qoruyucu vasitələri əvəzləmədiyini vurğulayır. Boyunbağını onlarla yanaşı istifadə etmək tövsiyə olunur.

Boyunbağının bir neçə rəngdə buraxılacağı planlaşdırılır.



Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 445 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər