Ekspert: "SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır"

Ekspert: "SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır""Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üçün maliyyə göstəricilərini müsbət qiymətləndirmək olar".

Bunu "Report"a SOCAR-ın 2019-cu il üçün maliyyə hesabatını şərh edərkən enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə bildirib.

Onun sözlərinə görə, ötən il dünya bazarlarında neft qiymətlərinin 10% aşağı düşməsinə, təbii qaz qiymətlərinin kəskin ucuzlaşmasına və neft-kimya sektorunda gəlir marjalarının əvvəlki illərlə müqayisədə azalmasına baxmayaraq, SOCAR 2019-cu ildə əməliyyat effektivliyini artıraraq, ümumi mənfəətini 62 milyon manat artırmağa nail olub.
Ekspert bildirib ki, xalis mənfəətin əvvəlki ilə nisbətən az olması isə şərti hesab edilə bilər: "Çünki ötən il "SOCAR Karbamid" və Yüksək Sıxlıqlı Polietilen kimi zavodlar istismara verildi. Beləliklə, bu müəssisələrin inşasına ayrılan vəsaitlərin amortizasiyasının hesablanması, statistik olaraq əsasən 2019-cu ilə təsadüf edib. Yəni, bu xərclər ötən il yox, 4-5 il ərzində yığılan xərclərdir.
Bununla yanaşı, ötən il dövlət tərəfindən SOCAR-ın nizamnamə kapitalının artırılması üçün ayrılan vəsait təqribən 3 dəfə azalıb. Beləliklə, bu iki faktor, şirkətin xalis mənfəətinin şərti olaraq azalmasına təsir göstərib. Həqiqətdə isə, SOCAR-ın ümumi mənfəəti ötən il 1,1% artıb".
E. Axundzadə bildirib ki, bununla yanaşı, SOCAR-ın uzunmüddətli aktivləri və nağd pul vəsaitləri ötən il də artım tendenisyasını davam etdirib: "Belə ki, uzun müddətli aktivlər 7,94% artaraq 42,8 milyard manatdan 46,2 milyard manata çatıb. Son 10 illik perioda nəzər yetirdiyimizdə isə uzun müddətli aktivlərinin hər il artdığını müşahidə edə bilərik. Bu dövr ərzində uzun müddətli aktivlər 4 dəfədən çox artıb.

Ekspert: "SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır"Burada əsas göstəricilərdən biri odur ki, uzunmüddətli aktivlərlə uzunmüddətli öhdəliklər arasındakı fərq hər il artır. Təkcə ötən il uzun müddətli aktivlərlə öhdəliklər arasındakı fərq 400 milyon manat artıb. Əgər 10 il bundan əvvəl bu fərq 7,3 milyard manat təşkil edirdisə, bu göstərici 2019-cu ildə 22,4 milyard manata yüksəlib. Başqa sözlə, uzun müddətli aktivlərlə uzun müddətli öhdəliklər arasındakı fərq bu illər ərzində 3 dəfədən çox artıb".
O qeyd edib ki, şirkətin nağd pul vəsaitləri isə ötən il təqribən 7%, başqa sözlə, 444 milyon manat artıb: "Son 10 ildə isə bu göstərici 9 dəfədən çox artıb. Bütün bunlar ona dəlalət edir ki, SOCAR-ın maliyyə dayanıqlılığı ildən ilə güclənir. SOCAR-ın gəlirlərindəki ən böyük artım isə təbii qazın payına düşüb. Bu da "Şahdəniz" və "Ümid" yataqlarında təbii qaz hasilatının artması hesabına baş verib. Burada xüsusi olaraq qeyd etməliyəm ki, ötən il "Ümid" yatağında SOCAR-ın ən yüksək debitli quyusunun (6810 m) qazılıb istismara verilməsi, SOCAR-ın təbii qaz gəlirləri artmasına təkan verib.
Bu tendensiyanın növbəti illərdə də artan xətt üzrə davam edəcəyini proqnozlaşdıra bilərik. Belə ki, cari ilin may ayında "Ümid-1" platformasında yeni quyu qazılmağa başlanıb. Quyu istismara verildikdən sonra yataqda qaz hasilatının təqribən 45-50% artacağı gözlənilir. Bununla yanaşı, "Şahdəniz" yatağından hasil edilən təbii qazın həcminin cari ildə 13% artacağı planlaşdırılır. Başqa sözlə, növbəti illərdə də təbii qaz ixracından əldə edilən gəlirlər həm ölkə üzrə, həm də SOCAR üzrə artmağa davam edəcək".
Ekspert vurğulayıb ki, maliyyə hesabatında diqqət çəkən məqamlardan biri də odur ki, ötən il SOCAR-ın Türkiyədəki gəlirləri təqribən 89% artıb. Onun sözlərinə görə, yəni, Türkiyəyə yatırılan investisiyalar artıq öz bəhrəsini verməyə başlayıb: "Burada həm STAR neft emalı zavodunun (NEZ) istismara veriləndən qısa zaman sonra, yəni 2019-cu ilin sentyabr ayında tam emal gücünə çatması, STAR NEZ, "Petkim" və "SOCAR Terminal" müəssisələri arasında qurulan şaquli inteqrasiya və bunun nəticəsində yaradılan güclü sinerji şirkətin əməliyyat xərclərinin azalmasına və gəlirlərinin optimallaşmasına təsir göstərib.

Ekspert: "SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır"Qeyd edim ki, STAR NEZ istismara verilmədən əvvəl, "Petkim" əsas xammal ehtiyacı olan naftanı xarici ölkələrdən idxal edirdi. Bu, "Petkim" üçün həm əlavə nəqliyyat xərci, həm də nəqliyyat riski yaradırdı. Bəzən nəqliyyatın gecikməsi səbəbilə istehsalat prosesində gecikmələr meydana gələ bilirdi. Ancaq hazırda "Petkim" iki müəssisə arasında inşa edilən boru kəməri vasitəsilə daha keyfiyyətli naftanı rahat bir şəkildə təmin edə bilir. Bu da öz növbəsində istehsal xərclərinin azalmasına və "Petkim"in rəqabət qabiliyyətinin, nəticədə bazar payının artmasına təsir göstərib".
E. Axundzadə bildirib ki, bununla yanaşı 2018-ci ildə başladılan rəqəmsal transformasiya sayəsində "Petkim" öz əməliyyat effektivliyini ciddi şəkildə artırmağa nail olub: "Beləliklə, həm STAR NEZ ilə yaradılan sinerji, həm də rəqəmsallaşma proseslərinin sürətləndirilməsi nəticəsində ötən il "Petkim"in istehsal həcmi əvvəlki illə müqayisədə 24% artıraraq 3,4 milyon tona yüksəlib.
Bununla yanaşı, TANAP boru kəməri vasitəsilə nəql edilən təbii qazın miqdarının ötən il ərzində təqribən 2 dəfə artması və SOCAR-ın Türkiyədə pərakəndə təbii qaz bazarına daxil olması şirkətin Türkiyədəki gəlirlərinin artmasına təkan verib. Ümumilikdə isə, SOCAR öz gəlirlərinin 92,7%-ni xarici bazarlardan əldə edib. Yəni, SOCAR qlobal şirkət olaraq xaricə yatırdığı investisiyalarla həm öz aktivlərini böyüdür, həm də ölkə iqtisadiyyatına əlavə dəyər yaradır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 449   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 474
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 343
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 1171
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 185
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 241
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 100
.

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib. xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso rəhbərliyi tərəfindən təxribatçı fəaliyyətdə olduqları səbəbindən persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrini

18.04.2024 187
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 606
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 500