Makron və Merkel "yaponsayağı" görüşdülər - VİDEO

Makron və Merkel "yaponsayağı" görüşdülər - VİDEO

Almaniya kansleri Angela Merkel Fransa prezidenti Emanuel Makronun əlini sıxmaqdan imtina edib.

BiG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın Mezeberq qəsrində karantin tədbirləri ləğv olunandan sonra baş tutan ilk canlı görüş zamanı liderlər yalnız əlsiz "yaponsayağı" salamlaşma ilə kifayətləniblər.

Soyuq münasibətlərə səbəb yalnız pandemiya olmayıb.

Artıq bir neçə həftədir ki, Avropa liderləri koronavirusdan sonra iqtisadiyyatı bərpa etmək üçün ortaq plan barədə razılığa gələ bilmirlər. May ayında Makron və Merkel tərəfindən irəli sürülən təşəbbüs Avstriya, Danimarka, Hollandiya və İsveç tərəfindən olduqca soyuq qarşılanıb. Təkliflərinin qəbul olunması üçün AB üzvlərinin hamısının yekdilliklə təsdiqləməsinə ehtiyac var.

Buna görə bir-birindən "yorulmuş" Fransa və Almaniya liderləri yenidən sıx əməkdaşlıq etməyə məcburdurlar.





Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 322 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər