Deputatlar tətilə yollandılar

Deputatlar tətilə yollandılar
Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub.

Bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib.

Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib.

O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı.

Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar.

Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 456 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər