Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi, 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 944 Tarix: 29.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər