Ev şəraitində COVID-19-dan sağalan Səbinə Əliyeva: "Tam ciddi öləcəyimi düşünürdüm..."

Ev şəraitində COVID-19-dan sağalan Səbinə Əliyeva: "Tam ciddi öləcəyimi düşünürdüm..."35 yaşlı Səbinə Əliyeva evdə müalicə almaqla koronavirusdan sağalıb. Qadın təcrübəsinin eyni vəziyyətdə olan insanlara kömək olacağı ümidi ilə hekayəsini Media.Az-la bölüşməyə razı olub.

- Sizin harda yoluxduğunuz barədə ehtimalınız var?

- Ondan başlayım ki, hər gün işə, supermarketə gedirdim, metrodan istifadə edirdim. Düzdür, həmişə maskada olurdum, hətta əlcək geyinirdim. Maska tez-tez burnumu qaşındırırdı və bir də ayılırdım ki, burnuma toxunuram. Yəni bu, hər yerdə baş verə bilərdi.

Ancaq mənə elə gəlir ki, virusa iyunun 12-də keçirilən planlaşdırma iclasında yoluxdum. Yadımdadır, cümə idi. Otaqda kondisioner düz üstümə vururdu. Dəhşətli dərəcədə donmuşdum və iclasın sonunda artıq titrəyirdim. Evə birtəhər gəldikdən sonra dözülməz əzələ ağrısı hiss etməyə başladım. Elə bil kimsə ətimi bıçaqla kəsirdi. Axşam temperaturum yüksəldi. Mən "parasetamol" içdim. Qızdırmam düşdü və ağrılarım aradan qalxdı, sonra dərhal yuxuya getdim. Səhər eyni əzələ ağrısı və 39,5 dərəcə qızdırma ilə oyandım. Üç-dörd gün belə yüksək temperaturda oldum. Qeyd edim ki, nə boğazım ağrıyırdı, nə burnum tutulmuşdu.

- Niyə təcili yardım çağırmadınız? Koronavirus testi vermisiniz?

- Siz nə danışırsınız?! Bütün bu günlər ərzində 103-ə zəng edirdim. 13-16 iyun tarixlərində təcili yardım çağırdım. Telefonun dəstəyinə özümü pis hiss etdiyimi, ölmək üzrə olduğumu necə qışqıraraq dediyimi eşitməyiniz lazım idi. Yalvarırdım ki, gəlsinlər. Mənə standart bir söz deyirdilər: gözləyin və maşın çatışmır. Onlara çox qəzəbli idim. Yadıma düşəndə halım pisləşir. Heç kim gəlmədi və ümumiyyətlə, necə olduğumu öyrənmək üçün heç geriyə zəng belə etmədilər.

- Bu beş gündə necə müalicə aldınız?

- Bəxtim gətirib ki, anam tibb bacısıdır. Mənə "Ringer" məhlulu və C vitamini ilə infuziya tətbiq etdi. Xəstələndiyimin beşinci günü özümü çox pis hiss etdim. Gecələr boğulmağa başladım. Yenidən təcili yardım çağırdıq ki, yaxma üçün analiz götürsünlər, yenə bir şey alınmadı. Söz verdilər, amma səhərə qədər boş yerə briqada gözlədim. Həmin müddətdə isə anam mənə isti su verirdi və zəng edərək qızının öləcəyini deyirdi. Hara şikayət edəcəyimizi və müraciət etməli olduğumuzu bilmirdik... Tam ciddi düşünürdüm ki, öləcəyəm...

- Sonra nə oldu? Hara müraciət etdiniz?

- Ağciyərlərin kompüter tomoqrafiyasından (KT) keçmək üçün özəl klinikaya getdim. Bu səfərin mənim üçün nə qədər ağır olduğunu xatırlayıram: hətta danışa bilmirdim – tam zəiflik, qızdırma, nəfəs darlığı... Ağciyərlərin müayinəsində ikitərəfli sətəlcəm, ağciyərlər ətrafında maye toplanması və "mat şüşə" sindromu aşkarlandı. Həkim 99 faiz mənim COVID-19-a yoluxdumuğu dedi.

Anlamaq lazımdır ki, KT koronavirusun ən etibarlı diaqnostikası hesab olunur, çünki "mat şüşə" sindromu ağciyərlər üçün belə nəticələrə gətirib çıxarır.

- Sizə müalicə təyin edildi?

- KT nəticələrini götürüb, tanış terapevtə müraciət etdim. Çox yaxşı həkimdir, ona hədsiz minnətdaram – həqiqi mənada məni o dünyadan geri qaytardı. İlk gündən ona etibar etdim və müalicə rejiminə əməl etdim. Düşündüm ki, nə olacaqsa olacaq. O, dərhal mənə təlaşa düşməməyi və dediklərinə tam riayət etməyi tapşırdı. Müalicə antibiotik sisteminə əsaslanırdı.

Həkim müalicə oluna bilməyəcəyindən narahat idi, amma müalicənin başlamasından sonrakı üçüncü gün özümü daha yaxşı hiss etdim və temperaturum aşağı düşdü. Antibiotik terapiyasından sonra vitamin kompleksi infuziyaları oldu.

Dünən rentgendən keçdim, ağciyərlərimin təmiz olduğunu göstərdi. Beləliklə, bu xəstəliyin öhdəsindən gəldim.

- Ailə üzvləriniz yoluxmadılar?

- Şükür Allaha ki, yox. Ayrı otaqda idim. Mənzil tez-tez xlor və spirtlə dezinfeksiya edilir, otağın həmçinin havası dəyişilirdi.

- İndi özünüzü necə hiss edirsiniz?

- Əvvəlki kimi olmasa da, zəiflik hiss edirəm. Əvvəl hətta otaqdan otağa keçə bilmirdim; indi şükür Allaha, gəzirəm.

- Xroniki xəstəlikləriniz varmı? Adətən, gənclər virusu asanlıqla keçirirlər.

- Xeyr, mən sağlamam. Düzdür, bundan əvvəl pəhrizdə idim, bəlkə bu, immunitetimi zəiflətdi. Əminəm ki, kondisioner də koronavirusa yoluxmağıma şərait yaratdı.

- İnsanlar xəstəliklərə inanmırlar, bununla da özlərini və sevdiklərini təhlükəyə atırlar.

- Bəli, elədir. Sosial şəbəkələr vasitəsilə insanlara həqiqətən virusun mövcudluğunu çatdırmağa, oxşar vəziyyətlə qarşılaşanlara isə məsləhət verməklə köməyə çalışıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3276   Tarix: 29 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 437
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 137
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 311
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 258
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 156
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1529
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1345
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 272
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 209