"Deyirlər ki, Səxavət içkili olub qəzaya düşəndə..." - Qardaşı gizlinləri açdı - VİDEO

"Deyirlər ki, Səxavət içkili olub qəzaya düşəndə..." - Qardaşı gizlinləri açdı - VİDEO
ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində tanınmış mərhum xanəndə Səxavət Məmmədovun həyat və yaradıcılığından danışılıb.

Verilişdə qonaq olan mərhum sənətkarın qardaşı Əliyar Məmmədov onun ölümü ilə bağlı gəzən şaiyələrə aydınlıq gətirib.

O, qeyd edib ki, Səxavət Məmmədovun qəzaya düşərkən içkili vəziyyətdə olması ilə bağlı gəzən şaiyələr tamamilə əsassız və yalandır:

“Səxavətin dostu var idi, Tariyel, getmişdi Salyan rayonuna. Orda bir gölə baxırdılar, maraqlanırdılar. Bu zaman onun maşınından Səxavətin mahnısının səsi gəlib. Gölün sahibi deyib ki, o kaseti ver mənə. Dostu da deyib ki, verə bilmərəm, çünki kaseti Səxavətin özü mənə veribdi. Onların tanış olduğunu biləndən sonra onlara deyiblər ki, siz Səxavəti gətirin rayona, bizimlə tanış edin, biz gölü sizə pay verəcəyik.

Səxavətin həmin vaxtlarda İsrailə səfəri var idi. Dedi ki, gedim-gəlim sonra birlikdə Salyana gedərik. İsraildən gələndən sonra getdilər Salyana. Ordan qayıdanda isə qəzaya düşdülər. Avtomobildə 3 nəfər olublar, üçü də qəzada vəfat ediblər.

Qardaşımın ölümü ilə bağlı bir çox xəbərlər yayıblar. Deyirlər ki, güya toydan gəlirmişlər, içkili olublar. Xeyr, içkili olmayıblar. Qardaşım evdən çıxanda mənə dedi ki, axşam qayıdacam, maşını hazır elə sabah rayona, kəndə gedəcəm. Yəni orada heç bir toy, filan olmayıb. Sonra da qəzaya düşdü, gecə ikən xəbəri aldıq, sarsıldıq”.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3369 Tarix: 29.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər