Nəticə etibarı ilə ictimai təsiri olmayan bir Portal hansı ictimai təsirdən danışır ?!

Nəticə etibarı ilə ictimai təsiri olmayan bir Portal hansı ictimai təsirdən danışır ?!Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə mediasına sızan xüsusi məqsədlərə xidmət edən dırnaqarası media mənsubları, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün sosial şəbəkələrdə müxtəlif adlar altında hesablar açmaqla ictimaiyyətə qəhrəmanlıq nümunəsi nümaiş etdirməyə cəhd göstərdilər. Zaman-zaman bu tipdə media mənsubları və onların yaratdıqları sosial şəbəkə portalları ifşa olunaraq özü-özülüyündə ölkə mediasından tam təcrid olundular. Təcrid olunan belə media mənsublarını əvəzləmək üçün, maraqlarına xidmət edən şəxslər, sosial şəbəkələrdə yeni anti media formalaşdırmağa çalışdılar və qismən də olsa məqsədlərinə nail oldular. Sosial mediada əvəzləyici anti media şəbəkəsi qurmağı bacaranların kor arzuları isə, elə özlərinin çirkin əməlləri nəticəsində ürəklərində qalmaqdadır. Bu anti media mənsubları nə qədər səy göstərsələr də bu günə qədər ölkənin qərəzsiz media institutuna xələl gətirməyə nail ola bilməyiblər.

Xalqın gözü tərəzidir !

Azərbaycan ictimaiyyəti hər bir media mənsubunun hansı maraqlara xidmət etdiyini yaxşı bilir.

Dildə dövlət və dövlətçilik, əməldə isə Azərbaycan dövlətinə və dövlətçiliyinə xələl gətirən hərəkətləri ilə bir qrup narazı təbəqənin problemlərindən yararlanaraq onları ətrafına toplayan bu anti media mənsubları, yalnız öz şəxsi arzularına çatmaq üçün, bu şəxsi arzulardan dolayı da maraqlarına xidmət etdikləri şəxslərin məqsədlərinə çatması üçün, sosial şəbəkədə saxta qəhrəmanlıq obrazı yaratmaqla xüsusilə canfəşanlıq göstərirlər.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycan cəmiyyətinə düşmən kəsilən bu anti media mənsublarına dəstək verən bir qrup narazı təbəqənin insanları, özləri də bilmədən, bu anti media mənsublarının şəxsi maraqlarının təmin olunmasına yardımçı olurlar. Əslində bu narazı təbəqə dətək verməklə anti media dediyimiz mənsubların papulist çıxışlarına aldanaraq, özlərinin üzləşdiyi problemlərinin həll olunacağına inanırlar. Lakin, bu günə qədər qərəzli olaraq problemlərdən danışan bu anti media mənsublarının papulist çıxışlarının, təqdim etdikləri proqramların, onların problemlərinin həllinə heç bir təsiri olmadığını zərrə belə düşünmədilər və bu gün də düşünmürlər. Əksinə, bir qrup narazı təbəqənin problemlərindən yararlanan bu anti media mənsubları, yaqlnız öz auditoriyasını genişləndirmək və şəxsi həyatlarına çəki-düzəm verməklə, həmçinin maraqlarına xidmət etdikləri şəxslərdən bəhrələnməklə kifayətlənirlər. Bu sadaladığımız arqumentləri görmək üçün, həmin şəxslərin indiki həyat şəraitini, əvvəlki həyat şəraiti ilə müqayisə etmək, ən azından sürdükləri avtomobilləri diqqətə almaq kifayət edər.

Qeyd edək ki, bu tip anti media mənsublarının arasında elələri də var ki, ikili media siyasəti yürütməklə və ətrafına topladıqları narazı təbəqədən yararlanmaqla, peşə fəaliyyətinə (əgər buna peşə fəaliyyəti demək mümkünsə) şəxsi qazanc mənbəyi kimi baxırlar. Saxta ictimai qəhrəmanlıq obrazı yaradan bu tiplərin şəxsi qazanc mənbəyi isə, qanunsuz yollarla formalaşan qazanc mənbəyinə söykənir. Yəni-bu anti media mənsubları ard-arda eyni rayona gediş-gəliş etməklə, rayonun tanınmış simalarından qərəzli və şantaj tipli məlumatlar yaymaqla, əslində özünün şəxsi maraqlarını təmin etmək niyyətini güdürlər.

Biz bu məqalədə həmin anti medianın bir qolundan danışacağıq və onların əsil simasını Azərbaycan ictimaiyyətinə tanıtdıracağıq. Əgər bəhs etdiyimiz bu anti media qollarının fəaliyyətinə nəzər salsanız, özünüz də görəcəksiniz ki, biz onların haqqında əsil həqiqəti yazırıq.

Belə anti media qollarından biri, facebookda və youtubdə ictimai qəhrəmanlıq sərgiləyən reaksiya tv adlı bir sosial şəbəkə portalıdır ki, son zamanlar həqiqi olmayan niyyətləri ilə bir qrup narazı təbəqənin problemlərindən yararlanaraq öz auditoriyasını genişləndirməyə, bunla da şəxsi maraqlarını təmin etməyə çalışırlar.

Bu adı çəkilən internet portalının Azərbaycanda keçirilən Növbədənkənar Parlament seçkiləri ərəfəsində necə və hansı rayon üzərində fəallaşdığını hamımız yaxşı bilirik.

İddialara görə sözügedən internet portalı və tərəfdaşları Lerik rayonunda olarkən müəyyən şəxslərlə məqsədli söhbətlər aparıblar. Bu söhbət zamanı istəkləri həyata keçmədiyi üçün anti təbliğat proqramlarını yalnız Lerik rayonu üzərində quracaqlarına qərar veriblər. O vaxtdan bu vaxta qədər qərəzli təbliğatını regionlar arasında yalnız Lerik rayonuna və rayonu təmsil edən deputata həsr edən bu Portal bu gün də əks təbliğatlı qərəzli və məqsədli fəaliyyətini davam etdirir.

Xatirinizdədirsə Reaksiya Tv adlı Portalın rəhbəri Zaur Qəriboğlu canlı yayımların birində Respublikanın bütün regionlarını tərəfdaşı ilə bir-bir gəzəcəklərini, baş verənləri yayımlayacaqlarını dilə gətirdi. Bu elandan sonrakı canlı yayımların birində Zaur Qəriboğlu yalnız iki rayonla bağlı bir-iki cümlə işlətməklə kifayətləndi. Bu günə qədər Lerik rayonundan və deputat İqbal Məmmədovdan başqa heç bir rayonla bağlı geniş proqramlar təqdim etməyib. Heç niyəsini düşündünüzmü ?

Cavab çox sadədir, lakin bu məqamlar haqqında növbəti yazımızda geniş məlumat dərc edəcəyik.

Bu məqalədə bizim əsas toxunacağımız bir məqam var, əsasən də onun üzərində dayanmaq istəyirik.

Ötən gün Zaur Qəriboğlu Lerik rayonunu təmsil edən deputat İqbal Məmmədovun Milli Məclisdəki çıxışı ilə bağlı canlı yayımında ictimai təsiri olmayan media ifadəsini dilə gətirdi. Əslində bir qrup narazı insanlardan yararlanan Zaur Qəriboğlu özüdə bilmədən "ictimai təsiri olmayan media" deməklə özünə mənsub olan anti medianı nəzərdə tuturdu.

Bu arqumentimizin detallı analizini açıqlamaq istəyirik. Hər birimizə məlumdur ki, son zamanlar deputat İqbal Məmmədovun Milli Məclisdəki fəaliyyətini Azərbaycan mediasında hansı saytlar yayımlayır. O saytların hər biri Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən saytlardır ki, həmin saytlarda hər hansı bir ciddi məlumat yayıldıqda, istər ictimaiyyət tərəfindən, istərsə də Dövlət tərəfindən dərhal reaksiya verilir. Bunun bariz nümunələrini bu məqalədə sadalamaq istəmirik. Bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir.

İndi gələk Zaur Qəriboğlunun rəhbəri və aparıcısı olduğu Reaksiya.az və Reaksiya Tv adlı internet Portalına.

Bu Portal fəaliyyət göstərdiyi vaxtdan bu günə qədər Azərbaycan Respublikasında paytaxtdan tutmuş regionlara qədər bir dəfə oldumu ki, yayımlarında inkişafdan danışsın. Bu Portala görə Azərbaycanda ümumiyyətlə inkişaf yoxdur.

İkinci tərəfdən Azərbaycan Respublikasında Lerik rayonundan başqa bir rayon yoxdurmu ? Sizcə bu Portalın yalnız Lerik rayonundan və deputatından qərəzli şəkildə danışmasının arxasında şəxsi gizli məqamlar durmurmu ? Azərbaycanda elə bir rayon varmı ki, o rayonda insanların xeyrinə ümumiyyətlə heç bir iş görülməsin ?

Əlbətdə ki, bu mümkün deyil. İstənilən rayonda görülən işlər də var, görülməyən işlərdə. Medianın qərəzsiz və obyektiv olması reallığa söykənməlidir. Əgər bir rayonda yüzdən otuz faiz müsbət işlər görülübsə, 70 faiz isə görülməyən işlər varsa qərəzsiz media reallığın hər iki tərəfini işıqlandırmalıdır. Əks halda belələrinin qərəzsiz və obyektiv media anlayışını dilə gətirməyə belə haqları yoxdur.

Digər tərəfdən, Zaur Qəriboğlunun canlı yayımlarında uzun müddətdir ki, dilə gətirdiyi problemlərin hər hansı birinin reallıqda müsbət həll olunduğuna dair bir sübut göstərsin.

Azərbaycan dövlətində təmsil olunan təşkilatları bir kənara qoyub, məqsədyönlü şəkildə hər hansı bir Beynəlxalq təşkilatla əməkdaşlığa can atan, özünü bağlı olduğu dövlətlə deyil, hansısa bir əcnəbi təşkilatla sığortalamağa çalışan, Azərbaycan media məkanında öz sözünü demiş kütləvi informasiya vasitələrinə "ictimai təsiri olmayan media" deyən, bir qrup narazı təbəqədən özünün şəxsi maraqları üçün istifadə edən və əməldə Azərbaycan ictimaiyyətinə deyil, kimlərinsə maraqlarına xidmət edən bir anti media şəbəkəsinin cəmiyyətdən və ictimai media məkanından təcrid olunması labüddür. Onsuz da, zaman-zaman belə anti media şəbəkələri öz əməlləri ilə özlərini ifşa edib Cəmiyyətdən və ictimai media məkanından təcrid olunublar.

Müstəqil Azərbaycan dövlətinin inkişafına xələl gətirən, qərəzli və məqsədyönlü anti media siyasəti yürüdən belə şəxslərə qarşı ciddi tədbirlərin görülməsinin artıq vaxtı çatıb. Düşünürük ki, bu məsələdə Qanunverici orqan Cinayət Qanunvericiliyində müfvafiq dəyişikliyin edilmsəində xüsusi səy göstərməlidir.

Azad və qərəzsiz mediaya dil uzadan anti media şəbəkəsinin cavabı, Azərbaycan mediası tərəfindən layiqli şəkildə verilməlidir.

Düşünürük ki, "ictimai təsir imkanı olmayan media" anlayışının kimə daha çox yaxın və aid olduğunu bu qısa məqaləmizdə aydınlaşdıra bildik.

Bu mövzu ilə bağlı daha ətraflı münasibətimizi növbəti məqaləmizdə dərc edəcəyik.

Davamı var…!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2056   Tarix: 21 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 132
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 515
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 248
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 175
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 262