Səfər Əbiyevin "biznes ortaqları" niyə fəallaşıb? - ŞOK SƏBƏBLƏR

Səfər Əbiyevin "biznes ortaqları" niyə fəallaşıb? - ŞOK SƏBƏBLƏR1990-cı ilərin ortlarında Qarabağda gedən qızğın döyüşlərdən sonra yeni-yeni özünə gəlməyə çalışan Azərbaycanda nizamlı Ordu yaradılmağa başlandı. Ordunun güclənməsi, düzgün müdafiə sisteminin qurulması, torpaqların qorunması və işğal edilmiş ərazilərin azad edilməsini əsas prioritet götürən Azərbaycan hakimiyyəti diqqəti Orduya yönəltdi.

1995-ci ildə Müdafiə Naziri təyin edilən Səfər Əbiyevin üzərinə böyük məsuliyyət düşürdü. Külli miqdarda maddi və mənəvi zərərə uğrayan Azərbaycan, o dövrün imkanlarını da nəzərə almaqla, özünə gəlməyə, evlərindən didərgin düşmüş insanları evlə təmin etməyə, çökmüş iqtisadiyyatı ayağa qaldırmağa, bununla yanaşı da Ordunun təşkil və təmin edilməsi üçün büdcə ayırmağa çalışırdı. Lakin, yeni təyin edilmiş Səfər Əbiyevi öz cibinin təminatı daha çox maraqlandırırdı. Ona görə də Ordu daxilində öz biznes şəbəkəsini qurmağa başladı və öz qardaşlarını bu zəncirin ilk halqaları elan etdi.

Belə ki bir qardaşı hərbi hissələrdə əsgər mağazalarına nəzarət etməyə başladı. Həmin dövrdə əsgərlər gündəlik istifadə edilən ləvazimatla təmin olunmadıqları kimi, öz maaşları və ya valideynlərinin hesabına həmin əşyaları mağazalardan almağa məcbur idilər. İkiqat, üçqat qiymətə satılan ləvazimatlar əsgərlərin bütün maaşlarını əhatə edir, hətta mağazaya borclu qalırdılar. Hərbi hissələrdən 50-100 metr kənarda olan mülki mağazalara buraxılmayan əsgərlərin, daha ucuz başa gəlsin deyə valideynlərinə və ya xahişlə çölə çıxmaq imkanı olanlara ehtiyacları olan əşyaları aldırdıqlarını görəndə isə, ortaq bir komanda ilə sadəcə kağıza imza atmaqla maaşları ödənmiş hesab edilən əsgərlərin maaşı Səfər Əbiyevin qardaşının xüsusi canfəşanlğı ilə toplanmağa və əsgər mağazalarına axmağa başladı. Beləliklə əsgər mağazası biznesli uğurla quruldu.

Lakin bununla bitmədi. Əsgər maaşı ilə yanaşı zabit-gizirlərin də maaşına göz dikildi. Səfər Əbiyev digər qardaşının əli ilə özünə hərbi mağaza (vayentorq) biznesi qurdu. Səlyan kazarması adlanan yerin qarşısında, Mirvari plaza adlanan yerdə "MEN Ltd" şirkəti ölkənin bütün hərbi mağazalarına hərbi mallar ixrac etməyə başladı. Zabit gizirlərin təminatı bərbad vəziyyətdə olduğundan əşya anbarı da keyfiyyətsiz formalar verir, ya da ümumiyyətlə heç vermirdi. İstifadəsi mümkün olmayan bu geyimlər hərbi məktəblərdəki kursantlara tikilib verilirdi. Hərbi hissələrdə də hərbi qulluqçular illərlə yeni forma, yeni ayaqqabı ala bilmirdilər. Sıra baxışlarında isə təminatın olmaması Səfər Əbiyevin və onun əlaltılarını maraqlandırmadığına görə, günahsız yerə cəza almamaq üçün hərbi mağazalara üz tutan hərbi qulluqçuları isə orda fantastik qiymətlər gözləyirdi. Bu ağlasığmaz qiymətlərə baxmayaraq hərbiçilər formaları nişanları ilə birlikdə həmin mağazaların atelyelərində tikdirməyə məcbur idilər. Səhra çantası üşün farnitura deyilən əşya isə məcburi idi. Bir neçə ildən bir forması dəyişdirilən bu əşya hər kəsdə məcburi şəkildə olmalı idi. Qardaşının əli ilə zabit gizirlərin cibinə girməklə Səfər Əbiyev özünə daha bir biznesi bu üsulla qurdu.

"Pul gətirən" vəzifələri öz əlaltıları ilə dolduran sabiq nazir maddi-texniki təminatın tamamını öz məqsədləri üçün istifadə edirdi. Əşyadan sonra ərzaq, yanacaq, tikinti kimi sahələr də Səfər Əbiyevin cibinə işləyirdi.

Hal-hazırda da Milli Məclisin deputatı olan Vahid Əhmədov Ordunun ərzaq təminatında aparıcı rol oynayırdı. Ordunu ətlə təmin edən Vahid Əhmədovun bu ətləri hardan, necə və neçəyə əldə etdiyi isə sirr olaraq qalır. Anbara daxil olan ətlər qoca heyvan ətləri, üstəlik leş vəziyyətində olurdu. Heyvanlar üçün satılan "viskas" belə həmin ətlərdən daha keyfiyyətli və dadlı olardı. Böyük parçalar halında və qeyri-adi rəngdə olan bu ətlər bütün məlum heyvanlardan böyük idi və mənşəyi naməlum idi. İllərlə bu ətlərlə qidalanan şəxsi heyətin dəfələrlə zəhərləndiyi hamıya məlumudur.

Ordunun yağ, konserv və başqa məhsulları isə Səfər Əbiyevin yaxın adamı olan Elçinin biznesi idi. Kərə yağı adı ilə anbara daxil olan marqarin böyük pullara başa gəlirdi. Zərəri isə saymaqla bitməz. Ucuz yağlardan hazırlanan marqarin orqanizmdə trans-piylər əmələ gətirir. Bu trans-piylər də urək-damar, sinir, immun, cinsiyyət və mübadilə sistemlərinə düzəlməyən ziyanlar vurur və onkoloji xəstəliklərin inkişafi riskini artırırdı. Amma təbii ki bunlar Səfər Əbiyev və onun biznes ortaqları üçün maraqlı deyildi.

Bundan əlavə, Orduya satılan konserv məhsulları da eyni vəziyyətdə idi. İçi xırda-xırda ətə bənzəyən tikələrlə doldurulmuş konservin üzərində qatı mənşəyi məlum olmayan yağ təbəqəsini görən zabitlər onu yeməkdən imtina edirdilər. Ərzaq xidməti rəisi konservin nümunəsini Səfər Əbiyevə təqdim edib yararsız olduğunu sübut etmişdi. Sabiq nazir isə xidmət rəisinin üzünə, təminata qəbul etməməsini tapşırıb, bir neçə gün sonra isə əmrlə aşağı vəzifəyə verdi və ardınca Ordudan uzaqlaşdırdı ki, biznesinə mane olmasın. Daha bir kiçik maneəni yolundan götürən sabiq nazir ərzaq biznesinin pullarını cibinə axıtmağa davam elədi.

Ordunun tərəvəzlə təminatı işinə isə Şəmkirin keçmiş icra başçısı mərhum Aslan Aslanov baxırdı. Müdafiə Nazirliyinə girəndə Səfər Əbiyevin az qala orkestrlə qarşıladığı Aslan Aslanov, özünü "xozeyin" hiss edir və hərbiçilərlə də elə davranırdı. Anbarda tərəvəz qəbulu zamanı gecikmələr yarandıqda, baza komandirinin, baytarın və zabitlərin üzərinə qışqırır, onu qane etməyənlərin isə xidmətdən uzaqlaşdırılmasına nail olurdu.

Səfər Əbiyevin ən etibarlı əlaltısı olan Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov və onun qaranlıq işləri hamıya məlumdur. Qılıncının önü də, arxası da kəsən vaxtlarda Rövşən Məhərrəmov ərzaq bazasının rəisi Firdovsi Namazova onun xidməti otağını "avroremont" eləməyi "buyurur". F.Namazov təmir üçün təminatın və pulun olmadığını deyəndə Rövşən Məhərrəmov özündən çıxır: " Ya dediyimi edəcəksən, ya da Hərbi polisi xidmət yerinə tökəcəm. Ondan sonra nəinki təmir, mənə ev də tikməli olacaqsan" deyə cavab verir. Rövşən Məhərrəmovun bu cürəti kimdən aldığı da aydındır. İndilərdə R. Məhərrəmov və onun kimi adamların sosial şəbəkələrdə aktivləşməyinin səbəbinin də Səfər Əbiyev olduğunu təxmin etmək çətin deyil. Buna səbəb isə Ordunun güclənməsini, təminatın və silahlanmanın yüksək səviyyədə olmasını, dövlət başçısının Orduya, Ordu rəhbərliyinə etimadını həzm edə bilməməsidir.

S.Əbiyevin xidməti zamanı və indiki zaman arasında yerlə göy qədər fərqin olması da hər kəsin gözü qabağındadır. Gəlir mənbəyinin əlindən çıxması ilə barışa bilməyən, xidməti dövründə Ordudan taladığı pullarla xaricdə qurduğu biznes imperiyasının başında duran Səfər Əbiyev hələ də onun üçün işləyən, məlumat ötürən, qarayaxma kompaniyası aparan "tör-töküntülər" vasitəsilə heç nə əldə edə bilməyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1838   Tarix: 16 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

14:08 159
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 736
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

17:06 200
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

16:59 173
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

20:45 0
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

20:30 0
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

13:06 153
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

21:15 0
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

15:32 262