Oğlu ilə küsülü olan Əməkdar artist: "Mənə baxanda görmürsünüz ki, hansı yuvanın quşuyam?" - VİDEO

Oğlu ilə küsülü olan Əməkdar artist: "Mənə baxanda görmürsünüz ki, hansı yuvanın quşuyam?" - VİDEO"Sənətkarı xalq saxlayar. Etiraf edim ki, evimizdə hazırda heç kim maaş almır. Amma o qədər xalqın məhəbbətini qazanmışam ki, təlabatın çoxluğundan məni toylarına çağırırlar. Tələb olunuramsa, toylara da, şou proqramlara da gedəcəyəm".

Bu sözləri Əməkdar artist Elza Seyidcahan "ATV Maqazin 10larla" proqramında "33 sual" rubrikasının qonağı olan zaman deyib.

Sənətçi "borc içində üzdüyü"nü etiraf edib: "Dövlətin də dövlətə borcu var. Banka borcum var. Avtomobilim belə kreditdədir. Heydər Əliyev Sarayında konsert verdim. Konsertin üzərindən aylarla vaxt keçsə də, hələ də borclarımı bağlaya bilməmişəm. Bir manat da olsun pul qazanmadım, amma 70 min manat konsertə xərcim çıxdı".

"Heyfsilənirəm ki, sənətçilər sənətlərinin yox bədənlərinin üstünə düşürlər", - deyən Əməkdar artist məsələni müğənnilərin keçirdiyi plastik əməliyyatlar mövzusuna calayıb: "Bütün günü bədənini doğrayıb, kəsdirir. Başı da ki boşdur".

Qalmaqallı açıqlamaları ilə gündəmi alt-üstən edən Elza onu parodiya edən müğənni Xatun Əliyevaya sərt ismarıc yollayıb:

"Parodiyanı məndən istifadə etmək xatirinə edir. "Toydan toy tutmaq" məsələsi. Xatun mənim yaradıcılığımı gülüş kimi qələmə verir. Onların gününə ağlayıram. Ürəyimdə deyirəm ki, bu özünü niyə bu günə salır. Deyirəm ki, kaş mən də bunlara gülə bilərdim. Amma gülə bilmirəm, çünki gülməli deyillər, ağlamalıdırlar".

Rubrikanın müxbirinin "Nazpərinin nazı, Xumarın cazibəsi, yoxsa Rozanın vücudu?" sualına E.Seyidcahanın cavabı belə olub: "Üçü də Xumar Qədimovadır. Xumara baxıb, onları görürəm".

Elza skripkaçı oğlu Əkbərlə küsülüyündən danışıb, pərdəarxası məqamları gün üzünə çıxarıb:

"Oğlum ailə söhbətlərimizi danışmağı sevmir. Mən anayam, oğlumla dalaşa da, küsə də bilərəm. Bu, normal haldır. Camaatın ailəsində oğullar min hoqqadan çıxırlar. Qulaqlarına sırğa taxıb, dodaqlarına gel vurdururlar. Sonra da evlənib, ata olurlar. Heç mən onlara sual vermirəm ki, sənin oğlun niyə belədir? Övladlarımı cəzalandıra bilərəm. Anam mənimlə beş dəfə küsüb, barışır. Oğlum mənə deyir ki, toya getmə, otur evdə. Övladın nə qədər mənfi cəhəti olsa, ana bunları dilinə gətirməməlidir. Çünki onun anası mənəm".

Müğənni "Yenidən ailə quracaqsınız?" sualına "Övladları atanın üstünə atıb, həyatımı sürməmişəm", - cavabını verərək, fikirlərinə belə davam edib:

"Konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alaraq, uşaqlarımı "Bülbül" adına məktəbdə oxutdurmuşam. Kirayə və ya anamla bir evdə qaldığım günlərim də olub. Təmirsiz və şəraitsiz qaldığım günlərim də olub. Lakin övladlarımı heç bir zaman atmamışam. Gəliblər ki, ver uşaqları biz baxaq. Demişəm ki, uşaqlarımı atalarına versəm, yaşaya bilmərəm. Xarici ölkələrdə işləmək üçün çoxlu təkliflər alırdım. Razılaşsaydım, bəlkə də indi zəngin bir xanım idim. Daha gözəl ailəm və övladlarım ola bilərdi. Məni məcburən evləndiriblər. İstəməyə-istəməyə mənə elçi gəlib, yatdığım yerdə məni ərə veriblər. Övladlarıma sahib çıxmışam. Onları evləndirib, ikisinin də gözəl toylarını keçirmişəm. Mənim oğlumun birinci evliliyi alınmadı. Lakin mən ona ikinci dəfə böyük toy etdim. Bunu hansı ata və ana edər? Övladlarıma canımı vermişəm. Heykəl qoyulası valideyinəm. Əgər yenidən ailə qurmaq kimi fikrim olsaydı, bəzi qadın və analar kimi gedib ayrı yaşayardım. Uşaqlarım da, mən də ayrı kirayədə yaşayardıq. Deyərdim ki, mənə toxunmayın. Ataların bir misalı var, deyir, görünən kəndə nə bələdçi?

Siz mənə baxanda görmürsüz ki, mən nə yuvanın quşuyam?!"(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4918   Tarix: 14 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1155
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 445
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 366
.

Vasif plastik əməliyyatdan sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qonaq olub. Günay Məhərrəmliyə "Vasif bəy ilk dəfədir efirdə, hə?" deyərək əməliyyata eyham vurub. Müğənni isə "Hə" cavabı ilə mövzunu bağlama

24.03.2024 1189
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 572
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 990
.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 899
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 421
.

Rihanna dəyişdi - Foto

Barbadoslu dünyaca məşhur müğənni Rihanna yeni görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı Kaliforniyanın Santa Monika şəhərində paparatsilərin obyektivinə tuş gəlib. Rihanna qara uzun saçlarını kəsdirərək sarı rəngə boyadıb

24.03.2024 494