Ekspert: "Alternativ enerji sektorunda Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün imkanlar var"

Ekspert: "Alternativ enerji sektorunda Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün imkanlar var"Gürcüstanda elektroenergetika sahəsində dövlət strategiyasının əsas istiqamətlərindən biri bərpa olunan alternativ enerji mənbələrinin tam mənimsənilməsi və istifadəsidir. Ölkənin zəngin külək və Günəş ehtiyatları bərpa olunan enerji mənbələrinin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahənin inkişaf etdirilməsi ilə qonşu ölkə enerji təhlükəsizliyini gücləndirməyi hədəfləyib. Lakin alternativ enerjinin ənənəvi enerji mənbələrindən istifadədən bir qədər baha başa gəlməsi və ekologiyanın mühafizəsi bu sektorun qarşısında duran əsas çağırışlardır.

Gürcüstanın Texniki Universitetinin professoru, energetika məsələləri üzrə ekspert Giya Arabidze "Report"un yerli bürosuna açıqlamasında bildirib ki, alternativ enerji mənbələrindən istifadə iqtisadi cəhətdən səmərəli deyil: "Gürcüstanda Günəş və küləkdən əldə olunan enerjinin dəyəri SES-lərdə istehsal olunan elektrik enerjisinin dəyərindən çoxdur. Bərpa olunan enerji mənbələrinin mənimsənilməsində iqtisadi faydadan daha çox ətraf mühitin qorunması məsələsi xüsusi əhəmiyyət kəsb edir".

Energetika məsələləri üzrə ekspert Giya Arabidze:

"Gürcüstanla müqayisədə Azərbaycan daha günəşli ölkədir. Hər iki ölkədə küləkli günlərin sayı da çoxdur".

Mütəxəssis deyib ki, Gürcüstanda bioyanacaq böyük həcmdə istehsal olunmur və onun istehlakı ölçüyəgəlməz dərəcədə azdır.

G.Arabidzenin sözlərinə görə, hökumətin energetika strategiyasına uyğun olaraq 2025-ci ilə qədər ölkədə 400 meqavatt gücə malik Günəş və külək elektrik stansiyaları istismara verilməlidir: "Bu güc kifayət qədər yaxşıdır və digər ölkələrlə əməkdaşlıq üçün perspektivlər yaradır. Gürcüstanla müqayisədə Azərbaycan daha günəşli ölkədir. Hər iki ölkədə küləkli günlərin sayı da çoxdur. Bu iki növ alternativ enerjinin istehsalında Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün imkanlar var".

Ekspert qeyd edib ki, Günəş erenjisi yalnız elektrik enerjisinin deyil, termal enerjinin də əldə olunması üçün yararlıdır: "Termal enerjidən isti su ilə təminat sahəsində istifadə olunur. Bu enerji Günəş kollektorları vasitəsilə əldə olunur. Gürcüstanda bu avadanlıqlar istehsal olunmur. Dünya bazarlarında ən çox Çin istehsalı olan kollektorlar satılır. Lakin onlar yüksək keyfiyyətə malik deyil".

Ekspert: "Alternativ enerji sektorunda Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün imkanlar var"G.Arabidzenin fikrincə, Gürcüstan və Azərbaycan arasında bu sahədə birgə müəssisələr yaradıla və Günəş kollektorları istehsal oluna bilər: "İstehsal olunan avadanlıqlar yalnız daxili deyil, xarici bazarlara da çıxarıla bilər. Bu cür qurğulara dünya bazarlarında tələbat yüksəkdir".

Ekspert qeyd edib ki, Gürcüstanda alternativ enerji sahəsində xarici investisiyalar əsasında müəssisə yaradılması təcrübəsi var: "Ötən il Almaniya şirkəti Kutaisi şəhərində Günəş panelləri istehsal edən zavod istifadəyə verib. İstehsal olunan qurğular Almaniya və digər ölkələrə ixrac olunur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 554   Tarix: 11 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125