SOCAR ucuzlaşan neft qiymətləri dönəmini necə keçirir? - ŞƏRH

SOCAR ucuzlaşan neft qiymətləri dönəmini necə keçirir? - ŞƏRHKoronavirus pandemiyası bütün dünyada əksər sahələrə ciddi zərər vurub.

Koronavirus pandemiyası bütün dünyada əksər sahələrə ciddi zərər vurub. Bu iqtisadiyyatın sənaye, kənd təsərrüfatı və s digər sahələrinə hələ də zərər vurmaqdadır.

Dünya iqtisadiyyatının böhran fazasına daxil olması, hələ bu azmış kimi pandemiyanın da geniş vüsət alması bütün dünyada neftə olan tələbatın azalmasında ciddi rol oynayıb. Bu da öz növbəsində neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb oldu. Hətta ABŞ-da bəzi neft şirkərləri müflis olmaqla üz-üzə qaldı. Ölkəmizin gəlirinin böyük hissəsinin bu sahədən olduğunu nəzər alsaq onda bu dövrü necə keçirdiyimiz çox əhəmiyyətlidir. Ölkəmizdə isə neft deyəndə ilk ağla gələn təbii ki, SOCAR şirkətidir. Bu brend artıq Azərbaycan sərhədlərini çoxdan aşıb. Bəs ucuzlaşan neft qiymətlərində SOCAR vəziyyətdən necə çıxa bilir və ya ümumiyyətlə bu çətinliklərin öhdəsindən gələ bilirmi?!

SOCAR-ın pandemiya dövründə baş verənlərin öhdəsindən necə gəldiyini "MediaPost"a energetika üzrə ekspert fəlsəfə doktoru Emin Axundzadə bildirib.

Ekspertin sözlərinə görə, pandemiya dövründə neft qiymətlərinin kəskin azalması fonunda neft şirkətlərinin gəlirləri təbii olaraq azaldı. Ancaq burada əsas məsələ şirkətlərin bu prosesdə nə qədər dayanıqlılıq göstərməsidir. Bildiyiniz kimi SOCAR hal-hazırda hasil etdiyi nefti əsasən daxili bazarda istifadə edir. Belə ki, hasil olunan neft Heydər Əliyev adına neft emalı zavodunda emal olunur. Beləliklə emal olunan neft həm yanacaq, həm də neft kimya məhsulu olaraq bazara çıxarılır.

Emin Axundzadənin sözlərinə görə, "Neft gəlirlərindən asılı olan bəzi şirkətlər var ki, onların gəliri əsasən xam neftin satışından ibarətdir. Ona görə qiymətlərin artıb-azalması bilavasitə bu şirkətlərin maliyyə vəziyyətinə təsir edir. Amma neft emal olunduğu zaman onun əlavə dəyəri artır. Məslən neft emal olunub polimer istehsal olunduqda onun dəyəri 3 dəfəyə qədər arta bilir. Eyni zamanda neft kimya sektorunda olan dalğalanmalar, neft sektorunda olduğu qədər böyük deyil. Neft kimya məhsullarının əsas xam malı xam neft olduğuna görə, əslində neft qiymətlərinin azalması neft kimya məhsullarının istehsalının rentabelliyini artırır".

SOCAR ucuzlaşan neft qiymətləri dönəmini necə keçirir? - ŞƏRHEkspertin fikrincə müsbət hallardan biri də odur ki, SOCAR ötən illər ərzində öz biznes portfelini kifayət qədər şaxələndirə bilib: "Böhran dönəmlərində daha çox dayanıqlılıq nümayiş ettirən şirkətlər fərqli istiqamətlərə investisiya qoyan şirkətlər olur. Belə şirkətlər neft qiymətlərinin aşağı olmasına qısa və orta müddətli perspektivdə tab gətirə bilir. Bu minvalla, SOCAR hələ neft qiymətlərinin yüksək olduğu vaxtlarda 2007-ci ildən başlayaraq həm neft qiymətlərindən asılılığı azaltmaq, həm də biznes portfelini şaxələndirmək məqsədilə daxili və xarici bazarlarda strateji layihələr həyata keçirdi. Bunlar neftin və qazın emalı, nəqli, saxlanılması və neft-kimya sənayesinə yönələn investisiyalar idi. Buna misal olaraq SOCAR 2008-ci ildə Türkiyənin ən böyük neft-kimya kompleksi olan "Petkim"in 51% hissəsini alaraq Türkiyə bazarına daxil oldu. Ölkə daixlində isə "SOCAR Karbamid", "SOCAR Methanol", "SOCAR Polymer" kimi strateji əhəmiyyətli layihələr həyata keçirməyə başladı. Hansı ki, bu layihələr qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda bu layihələr ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradan layihələrdir".
SOCAR ucuzlaşan neft qiymətləri dönəmini necə keçirir? - ŞƏRHEmin Axundzadə qeyd edir ki, bütün bunlarla yanaşı, SOCAR həyata keçirdiyi layihələri "şaquli inteqrasiya" prinsipi əsasında həyata keçirərək xərclərini azaltmağı və gəlirlərini optimallaşdırmağı hədəfləyib. Beləliklə, bu strategiya çərçivəsində SOCAR dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoymağa başladı : "Hər hansı bir məhsulu meydana gətirən dəyər zənciri üzrə nə qədər çox mərhələdə iştirak etsəniz, bir o qədər əlavə dəyərinizi artıra bilərsiniz". Bu istiqamətdə biz ölkə daxilində Azneft İB, Heydər Əliyev adına NEZ, Azərikimya İB və "SOCAR Polymer" müəssisələri arasında, ölkə xaricində isə Star NEZ, Petkim və SOCAR Terminal layihələri arasında şaquli inteqrasiyanı görə bilərik. Bildiyiniz kimi "Petkim"in əsas xam mal ehtiyacı naftadır. Bu gün "Petkim" daha keyfiyyətli naftanı "Star" zavodundan təmin edir. Biz pandemiya dövründə bu startegiyanınnə qədər əhəmiyyətli olduğunun şahidi olduq. Virusun ilk olaraq Çində meydana gəlməsi və bu ölkədə tətbiq edilən sərt karantin rejimi təchizat zəncirində ciddi prblemlər meydana gətirdi. Bu səbəbdən bir çox neft-kimya şirkətləri , iri istehsalat müəssisələri xam mal ilə vaxtında təchiz edilə bilmədiyinə görə, istehsalları ciddi şəkildə aşağı düşdü. Nəticədə bəzi şirkətlərin bazar payları əhəmiyyətli dərəcədə azaldı. Lakin "Petkim" öz xam mal ehtiyacını birbaşa "Star"dan qarşıladığına görə, pandemiya dövründə kəsintisiz və dayanmadan öz istehsalını daha keyfiyyətli bir şəkildə həyata keçirə bildi. Beləliklə, "Petkim" bazarda öz payını artıra bildi.
SOCAR ucuzlaşan neft qiymətləri dönəmini necə keçirir? - ŞƏRHEnergetika üzrə ekspertin sözlərinə görə SOCAR neft-emalı və neft-kimya müəssisələrini pandemiya dövründə daha çox istifadə edilən xammal və yarımfabirakatların istehsalına sürətlə uyğunlaşdırımağa nail oldu. Məsələn, Petkim tibbi ləvazimat və qoruyucu maskaların istehsalında istifadə olunan xam mal istehsalını sürətlə artırdı. Eyni zamanda, "Star" NEZ-də 1,6 milyon ton təyyarə yanacağı istehsal olunurdu. Ancaq pandemiyanın pik dövründə hava yolları ilə sərnişin daşıma 96% azaldı. Bu da bütün təyyara yanacağı istehsal edən şirkətlərə mənfi təsir göstərdi. Lakin "Star" NEZ beynəlxaq standartlar çərçivəsində dizayn edilib və manevr imkanları geniş olan bir müəssisədir. Beləliklə, "Star" qısa zaman kəsiyində təyyarə yanacağı istehsalını dizel yancağı ilə əvəz etməyə başladı. Çünki bazarda dizelə daha çox təlabat var idi. Nəticədə də zavod öz istehsal prosesini dayanmadan davam etdirə bildi. Bununla yanaşı ölkə daxilində Azərkimya İB dezinfeksiya vasitələrinin əsas xam mallarından olan izopropil spirtinin istehsalına, habelə "SOCAR Polymer" tərəfindən qoruyucu maskaların istehsalında istifadə olunan polimer məhsulunun istehsalına başlandı. Bütün bunlar öz növbəsində SOCAR-ın pandemiya dövründə maliyyə dayanıqlılığının daha da güclənməsinə öz töhfəsini verdi."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 11 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 650
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 335
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 311
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 807
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 305
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 136
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 329
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 948
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 225