Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcəklər? - AÇIQLAMA

Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcəklər? - AÇIQLAMANazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Qeyd olunan şəhər və rayonların ərazisində göstərilən müddətdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

Bəs, görəsən, bu günlərdə cəza müddəti bitən məhbusların azadlığa buraxılması ilə bağlı məsələ necə tənzimlənəcək? İctimai nəqliyyatın işləmədiyini nəzərə alsaq, məhbuslar evlərinə necə gedəcək?

BiG.AZ xəbər verir ki, oxu.az məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu kimi hallar olarsa, operativ qərargahın karantin tələblərinə ciddi riayət olunacaq.

Eyni zamanda qeyd olunub ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərt karantin rejimi dövründə cəza müddəti bitən məhkumların azad olunması həmişə olduğu kimi, qanunvericiliyə uyğun prosedurlar çərçivəsində icra ediləcək.

Ədliyyə Nazirliyindən sorğuya verilən cavab oxucular üçün daha aydın olsun deyə, məsələ ilə bağlı Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyevin mövzuya aydınlıq gətirməsini istədik.

O bildirdi ki, mövcud vəziyyətlə bağlı sərt karantin günlərində azadlığa buraxılan məhkumlara müvafiq arayışlar veriləcək:

"Məhkumlara verilən müvafiq arayışlar onların istənilən yerə rahat gedə bilməsini təmin edir. Digər məsələ ola bilər ki, artıq keçmiş məhbusların yaşayış yerlərinə çatması ilə bağlı problemləri olsun. Bu zaman Penitensiar Xidmət məsələnin həlli istiqamətində tədbirlər görməlidir.

Çünki cəza müddəti bitən məhbusun əlavə bir saat belə cəzaçəkmə müəssisəsində saxlanılması yolverilməzdir. O, dərhal azadlığa buraxılmalıdır. Eyni zamanda, həmin şəxslər üzrlü hesab edildiyi üçün heç bir halda karantin rejimini pozmuş hesab edilə bilməzlər. Azadlığa çıxan məhkumların yaşayış yeri şəhər və ölkə xaricindədirsə, hazırda ora gedə bilmirsə, Penitensiar Xidmət həmin şəxslər üçün müvafiq yataqxanalar da təşkil etməlidir. Azadlığa çıxan məhkumların bütün yol xərcləri dövlət tərəfindən, yəni Penitensiar Xidmət tərəfindən qarşılanır.

Eyni zamanda ictimai nəqliyyatın fəaliyyət göstərməməsini nəzərə alaraq, həmin şəxslərə nəqliyyat vasitələrinin təmin edilməsi məsələsi də müvafiq qaydada Penitensiar Xidmət tərəfindən nəzərə alınmalıdır. Bütün bunlar praktikada da mövcuddur. Penitensiar Xidmət öz vəzifəsini kifayət qədər qanunamüvafiq şəkildə həyata keçirir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 11 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 0