"İçirəm, içki içmək günah deyil" - Açıq-saçıq fotoları ilə gündəmə gələn Minadan ŞOK SÖZLƏR

"İçirəm, içki içmək günah deyil" - Açıq-saçıq fotoları ilə gündəmə gələn Minadan ŞOK SÖZLƏRReal həyatda açıq geyinmirəm. Ancaq efirlərə çıxanda seksi geyinirəm. Həccə gedib gəldikdən sonra ola bilər ki, qapalı paltarlara keçim. Tanıdığım elə sənət adamları var ki, Həccə gedib gəliblər, amma onlar bu gün içki də içirlər, bütün oyunlardan da çıxırlar. Adlarını çəkməyəcəm. Mən onlar kimi olmaq istəmirəm". BiG.AZ-ın qonağı müğənni Minadır.

-Mina, başlayaq bu yaxınlarda verdiyiniz açıqlamadan. Həccə getmək arzusunda olduğunuzu bildirmisiniz.

-İlk olaraq deyim ki, hər bir müsəlmanın Həccə getmək istəyi, arzusu var. Burada təəccüblü bir şey yoxdur. Fərq etmir, açıq geyindin, ya yox, hər bir insanın Həccə getmək haqqı var. Mən də insanam, ona görə mən də getmək istəyirəm.

-Niyə açıq-saçıq geynirsiniz?

-Bilirsiniz, real həyat başqa şeydir, səhnə həyatı tamam başqa. Mənim əsl adım Nərmindir. Lakin səhnədə Mina obrazında fəaliyyət göstərirəm. Əslində real həyatda açıq geyinmirəm. Ancaq efirlərə çıxanda seksi geyinirəm. Həccə gedib gəldikdən sonra ola bilər ki, qapalı paltarlara keçim. Tanıdığım elə sənət adamları var ki, Həccə gedib gəliblər, amma onlar bu gün içki də içirlər, bütün oyunlardan da çıxırlar. Adlarını çəkməyəcəm. Mən onlar kimi olmaq istəmirəm.

"İçirəm, içki içmək günah deyil" - Açıq-saçıq fotoları ilə gündəmə gələn Minadan ŞOK SÖZLƏR-İçkidən söz düşmüşkən,Mina, heç içki içirsiniz?

-Ancaq su içirəm (gülür). Açığı, içki içən deyiləm, çünki mənə düşmür. Bir neçə dəfə içki də içmişəm. İçki içmək günah deyil. Əslində günahdır, sadəcə qadağa deyil.

-Belə bir açıqlama da etmisiniz ki, sinəm özümə məxsusdur...

-Bəli, sinəm özümə məxsusdur. Əgər mən bədənimi şəkilləndirməyə getsəydim, mütləq hansısa bir həkim onu paylaşacaqdı ki, Minanı əməliyyat etmişəm. Hər şey özümündür, kim inanmırsa, sübut etmək üçün həkimə gedə bilərik.

"İçirəm, içki içmək günah deyil" - Açıq-saçıq fotoları ilə gündəmə gələn Minadan ŞOK SÖZLƏR-Mina, sevgi etirafları çox alırsınız?

-Əlbəttə, sevgi təklifləri alıram. Mən də xanımam. Hətta onların sayı çox olur.

-İnstaqramda rəy bölümünü niyə bağlayırsınız?

-Axırıncı fotosessiyadan sonra bağlamağa məcbur oldum. Çünki çox qeyri-etik ifadələr, pis sözlər yazırdılar. Bu da mənim əhvalıma pis təsir edirdi, ona görə bağladım.

-Demisiniz ki, abır geyimlə ölçülmür. Bəs sizə görə abır nə ilə müəyyən olunur?

-Mənim üçün abır anlayışı evli olan bir qadının ərinə xəyanət etməməsi, gündə biri ilə görüşməyən kişilərin olmasıdır, mənim üçün abır insanların sosial şəbəkələrdə təhqirlər yazmamasıdır. Özünü normal aparan insan mənim üçün abırlıdır. Mən çox bağlı geyinə bilərəm, amma tərbiyəm o olmaz. Ona görə dedim ki, geyimlə ölçülmür.

"İçirəm, içki içmək günah deyil" - Açıq-saçıq fotoları ilə gündəmə gələn Minadan ŞOK SÖZLƏR-Niyə sənətdən daha çox fotosessiyalara, açıq-saçıq geyimdə olan şəkillərə üstünlük verirsiniz?

-Bilirsiniz, elə bir dövrdə yaşayırıq ki, insanlar elə şeylərə daha çox meyil edirlər. Məsələn, mən öz ifamda hansısa bir mahnı paylaşıram, baxış sayı 2, 3 mini keçmir. Elə ki, soyunub çəkdirdiyim fotoları paylaşım, bəyənmə sayı yüz mini keçir, hamı baxır. Səsə, sənətə o qədər də önəm vermirlər. Bu o deməkdir ki, mənim səsim yox, gözəlliyim insanları maraqlandırır.

-Düşünmürsünüz ki, o fotolardan sonra sizinlə ailə qurmaq istəməsinlər?

-Mən ailə həyatı qurmaq istəmirəm, fikrim yoxdur. Hələ ki, tezdir. Əslində yanımda olmağa can atan insanlar çoxdur. Bilirlər ki, çevrəm çox sağlamdır. Ətrafımda yaxşı insanlar çoxdur. Hər birinə təşəkkür edirəm.

"İçirəm, içki içmək günah deyil" - Açıq-saçıq fotoları ilə gündəmə gələn Minadan ŞOK SÖZLƏR-Mən də sizə təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz.

-Siz sağolun.

Rövşən Tahir

Fotolar: Leyla Mustafazadə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 31126   Tarix: 09 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3766
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 396
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 610
.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotosunu izləyicilər

21.04.2024 11919
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 441
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21.04.2024 904
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1266
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1233
.

Aysun övladının cinsiyyətini açıqladı - VİDEO

Müğənni Aysun İsmayılova övladının cinsiyyətini açıqlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Aysun qız övladının olacağını bildirib. Həmin videonu təqdim edirik:

20.04.2024 2618