Neftçalada kritik vəziyyət – Operativ Qərargah yaradıldı

Neftçalada kritik vəziyyət – Operativ Qərargah yaradıldı
Neftçala rayonunda içməli su problemi yaranıb.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, Sübh, Qırmızı Şəfəq, 1-ci Mayak, 2-ci Mayak, Yenikənd, Bankə qəsəbəsi, Kürkənd, Şirvanlı, Uzunbabalı, Tatarməhlə kəndlərində içməli su problemi yaranıb.

Vəziyyətin ciddiliyi nəzərə alınaraq Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Əhalini içməli su ilə təmn etmək məqsədilə əraziyə "Azərsu" ASC-nin 10-na yaxın xüsusi təyinatlı su maşını cəlb edilib. Həmin maşınlar vasitəsilə şəhər, eləcə də sözügedən kənd əhalisinə içməli su verilir.

Kür çayının suyu dəniz suyu qarışdığına görə əkin sahələrinin suvarılması dayandırılıb. Mal-qaranın suvarılmasında isə ciddi problemlər yaranıb.

Hələlik Kürün aşağı axınında yaranmış vəziyyət nəzarətə götürülsə də, gərginlik davam edir.

Məlumata görə, Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi artırılmasa, mövcud vəziyyət qısa müddətdə aradan qaldırılacaq.

Neftçalada kritik vəziyyət – Operativ Qərargah yaradıldı
Neftçalada kritik vəziyyət – Operativ Qərargah yaradıldı
Neftçalada kritik vəziyyət – Operativ Qərargah yaradıldı

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6732 Tarix: 06.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər