"Qız qrupu yaratmaram, adım-sanım var" — Namiq Qafarovdan MARAQLI AÇIQLAMALAR

"Qız qrupu yaratmaram, adım-sanım var" — Namiq Qafarovdan MARAQLI AÇIQLAMALARBir zamanların ən məşhur qruplarından olan "N-brothers''in yaradıcısı Namiq Qafarov şou-biznesdəki durğunluqdan danışıb. O, "Ölkə.Az"-a açıqlamasında bildirib ki, yaradıcısı olduğu brend hazırda fəaliyyətini davam etdirsə də, sənət aləmində ciddi zəifləmə var:
''N-brothers'' qrupu var və hər zaman da olacaq. Allah ömür verdikcə qrupu yaşatmağa çalışacam. Bir neçə gün bundan əvvəl "Xəzər" TV-də yayımlanan ''5-də 5'' verilişinin qonağı olmuşam. Dəvət olunanda dedim ki, qrupu da gətirim?' Cavabında dedilər ki, tək gəlin. Ancaq verilişdə qrupu niyə gətirmədiyimi soruşdular. Cavab olaraq dedim ki, siz bizi qrupla çağırın, biz də gələk. Axı siz qrupu dəvət etmirsiniz''.

"Nəyə görə ''N-brothers''dən sonra yaranan digər qruplar o dərəcədə yaddaşlarda qalmadı?" sualını N.Qafarov belə cavablandırıb:

''Ümumilikdə şou-biznes zəifləyib. Hazırda solo müğənni bazarında da aləm bir-birinə qarışıb. Çünki mahnılar çox zəifdir. Dinləyəndə görürsən ki, hamısı bir-birinə bənzəyir. İndi mahnıların çoxuna bayağı deyirlər. Bayağı o demək deyil ki, 6-8 ritmində yazılıb. Bayağı o mahnılara deyilir ki, ''indeyski'' koloritlərlə yazılmış mahnılardır. Həmin ritmlər, avazlar bizə məxsus deyil. Son dönəmlərin mahnısında ''canım'', ''canımsan mənim'' sözləri həddən artıq çoxdur. Sanki başqa söz tapmırlar. Ancaq əvvəlki illərdə yazılan, oxunan mahnılar belə deyildi. Qaldı ki, qrup bazarına, o dönəmlərdə hər kəs həvəsə düşüb qrup yaratdı. Ölkədə səksən qrup var idi. Hamısı da kostyumlu, qalustuklu üç oğlandan ibarət idi. Lakin üstündən bir neçə il keçdikdən sonra qruplar dağıldı. Bu gün təkcə ''N-brothers'' və ''Şeron'' qrupu qalıb. ''Şeron'' qrupundan 2-3 dənə olsa da, ''N-brothers''dən bir dənədir. Çünki ''N-brothers'' brendliyini qoruyub saxlayır. Ən qocaman, 21 yaşlı qrup da elə ''N-brothers''dir. Bizdən 2-3 il sonra ''Şeron'', daha sonra ''W-trio'' yaranıb. ''Aşıqlar'', ''Karvan'' qrupundan sonra ''N-brothers'' yaranıb. Lakin ''Aşıqlar'' və ''Karvan'' qrupu instrumental ansambl olub. ''N-brothers'' isə pop-vokal stilində olub. ''Qaya'' qrupundan sonra bu stildə ilk dəfə ''N-brothers'' yaranıb''.

"Siz peşəkar prodüser olmağınıza baxmayaraq, nəyə görə solo ifaçı ilə işləmirsiniz" sualına gəlincə, qrup rəhbəri belə təkliflərə açıq olduğunu bildirib:
''Mən solo ifaçı ilə işləmək istəyərəm. Ancaq heç kimə də götürüb zəng etmərəm ki, mənimlə işləsinlər. Əgər kim mənimlə işləmək istəyirsə, buyurub müraciət edə bilər. Mənim öz qrupumdan başqa heç kimlə işləmədiyimi düşündüklərinə görə, müraciət etmirlər. Əslində, düşündükləri kimi deyil. Elə sizin vasitənizlə bildirirəm ki, əgər kim istəyirsə, mənə müraciət edə bilər. Mən onlara əsl prodüserin necə olduğunu göstərərəm. Bizim solo müğənnilərimizi də ona görə qınamıram ki, onlar əsl prodüser görməyiblər. Onlar elə bilirlər ki, prodüser yanlarında gəzib, onlara kömək edən şəxsdir. Ancaq o prodüser demək deyil. Köməkçi, menecerdir''.

N.Qafarov bildirib ki, "'N-brothers'' qrupunun ilk heyəti ilə münasibətləri hələ də yaxşıdır

''Qrupun heyəti ilə münasibətlərim çox yaxşıdır. Elə sonuncu dəfə televiziya verilişinə Cəmillə birlikdə çıxmışdıq. Famillə də tez-tez görüşürük. Cəmil fəaliyyətini yenidən davam etdirir. Samir isə neft şirkətində fəaliyyət göstərir. Hərdən özü solo ifa edir. Çünki onun hər zaman oxumağa böyük həvəsi olub. Ancaq Famillə, Samsor mahnı karyerasından tamamilə uzaqlaşıblar. Famil hazırda dövlət işində çalışır. Samsor isə mediada fəaliyyət göstərir. Düzünə qalsa, indiki uşaqlarım heç yerdə işləmirlər. Hər biri də ailə, uşaq sahibidirlər. Axı bu insanlar da pul qazanmalıdırlar. Pul da yalnız toydadır. Onlar da pul qazanmaq üçün toyxanalara gedirlər. Belə olduğu halda da, qrup dəyişib olur ''toyxana'' qrupu. Bizdə qrup yaradanda gərək mütləq kostyum, qalstuk geyindirəsən. Kim qalstuk geyinməsə, demək ki, acından öləcək. Yenə də buna baxmayaraq, ''N-brothers''in qalması şərti ilə yeni qrup yaradacam. Mənim yaratdığım yeni qrup da pop stilində olacaq. Geyimləri də idman stilində olub, oxuduqları da diskoteka mahnılarından ibarət olacaq. Toya da ancaq yarım saatlıq gedə bilərlər. Ancaq yeni qrupun heyətini yığmaq çox çətindir. Hələlik qrupun adı məlum deyil''.
Namiq Qafarov qızlardan ibarət qrup yaratmaq istəmədiyini bildirib. Prodüserin sözlərinə görə, qız qrupları birmənalı qarşılanmır:
''Mən heç vaxt qızlarla işləməmişəm. Özümə görə adım sanım var. Qız qrupları hər zaman birmənalı qarşılanmır. Üstəlik qızlar eqoist olub, bir-birləri ilə yola getmirlər. O illərdə yaranan oğlan-qız qrupları heç bir şey etməməklə yanaşı, bazarı da korlayıb, camaatın da ürəyini bulandırdılar. Camaatda da həmin qruplara qarşı maraq öldü. Elə mənim yeni qrup yaratmaqda məqsədim də maraq oyatmaqdır. Bizim şou-biznesdə qrupa bir pillə aşağı baxırlar. Sanki qrup məktəbdir, solo isə universitet. Məhz ona görə də qrupa gələn 4-5 il işlədikdən sonra soloya qaçır. Solo oxuyan toyda oxuyub 3-4 min manat qazanır. Ancaq qrup elə deyil. Biz həmin pulu 4 yerə bölürük''.

Namiq Qafarov "'N-brothers'' brendini satmağı heç düşünmüsünüz?" sualını belə cavabandrıb:
''Düzü bu barədə düşünməmişəm. Bunu o vaxt edərəm ki, artıq gücüm tükənər və yaşlanaram. O zaman da batıb getməsini istəmədiyim üçün ''N-brothers'' brendini kiməsə sata bilərəm Hətta deyərəm ki, qrup saxlamaq solodan 5 dəfə çətindir''.
O, karantin dövründə etdiyi yardımlardan da söz açıb.
''Karantin dönəmində bir vətən oğlu kimi evdə boş oturmağı özümə yaraşdırmadım. Əvvəlcə öz gücümə, daha sonra dostlarımı, şirkətləri cəlb edərək 536 ailəyə yardım payladım''.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1729   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690