Gözümüzdə böyütdüyümüz qapanma günlərini səmərəli keçirməyin yolları - MƏSLƏHƏT

Gözümüzdə böyütdüyümüz qapanma günlərini səmərəli keçirməyin yolları - MƏSLƏHƏTNazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu gün, saat 00:00-dan etibarən küçəyə çıxmaq qadağası qüvvəyə minib. Həftəsonu insanların küçəyə çıxması tam şəkildə məhdudlaşdırılıb.

Həftəiçi çalışanlaristirahət üçün həftəsonunu iplə çəkirdi. Bu dəfə isə hər kəs istirahətini kafedə, parkda, məşhur restoranlardan birində deyil, öz evində dəyərləndirməli olacaq. Bəs sərt karantin günlərini necə rəngarəng etmək olar?

Belə ki, "Küçəyə çıxmaq qadağasını necə səmərəli dəyərləndirə bilərik?" sualı ilə "Facebook" istifadəçilərinə müraciət etdik.

İstifadəçilərdən maraqlı cavablar gəldi. Məsələ ilə bağlı fikirlər müxtəlif oldu. Kimi ev təmizləyəcəyini, kimi film izləyəcəyini, kimisi isə xarici dil biliklərini daha da təkmilləşdirəcəyini dedi.

Uzman psixoloq Ceylan Şəkərci evdə daha çox vaxt keçirəcəyimiz günlərdə beynimizi dincəltməyə, eləcə də, əylənməyə yardım edəcək məsləhətlər paylaşıb.

Davamlı olaraq eyni şeyləri təkrarlamaq bir müddət sonra həyat enerjimizi azaldır və motivasiyamız aşağı düşür.

Kiçik toxunuşlarla evinizin aurasını dəyişdirin.

Yaşadığımız vəziyyəti fərqli tərəfdən nəzərdən keçirməyə cəhd edək. Bəzi əşyaların yerini dəyişdirə bilər, dolaba qoyduğumuz aksesuarları yenidən dəyərləndirə bilərsiniz. Geyimlərə fərqli rəng qatıb, qeyri-adi makiyaj sənətini öyrənə bilərsiniz.

Musiqini açın və rəqs edin

Günün bəlli bir saatını rəqs saatı olaraq müəyyən edə bilərsiniz. Musiqinin səsini bir az daha açın. Sadəcə, dinləyin və rəqs edin. Ana-atasını rəqs edərkən görən uşaqlar inanılmaz xoşbəxtlik hiss edirlər. Bir tərəfdən də uşağınıza "Problem yoxdur, xoşbəxtik və bərabərik" mesajını verirsiniz.

Uşağınızla birlikdə mətbəxə girin

Bir də məsələnin mətbəxqismi var. Uşağınızla birlikdə mətbəxə girin. Fərqli reseptlərsınayın. Uşağınızla birlikdə kağızdan kiçik papaqcıqlar hazırlayın. Bir keks hazırlamaq müddətində belə müharibə meydanına çevrilən mətbəxinizi gözünüzdə böyütməyin. Evdəsiniz, təmizləmək üçün vaxtınız çoxdur.

Makaronları boyayıb, aksesuar olaraq bir-birinin yanına düzün. Sonradan onları yapışdıraraq, bir şəkil çəkin. Makaron, noxud, düyü, lobya uşaq fəaliyyətlərinin əsasını təşkil edir. Onları sayın, düzün, yapışdırın, boyayın, sonra da bişirin.

Oxuduğunuz hekayələrin davamını siz gətirin.

Ailəcə kitab oxuyun. Kiçik uşaqları olan ailələrdə bəyəndiyiniz qısa bir hekayəni ortasına kimi oxuyub, sonunu siz yazın, xəyal gücünüz çalışsın, istəsəniz, bir qədər də improvizə edə bilərsiniz.

Film gecələri təşkil edin.

Uşaqlı ailələrdə animasiya filmləri ortaq zövqlərə daha çox xitab edə bilir. Evdə "popkorn" hazırlayın. İşıqları söndürün və telefonlarınızı bir kənara qoyun. Gələnmesajlara, digər bildirişlərə baxmayın. O bir saat yarımlıq vaxtınızı zehninizi boşaltmaq üçün istifadə edin. Onlayn muzeyləri gəzin və konsertlərə qulaq asın. Çox şanslısınız, dünyanın bir çox nöqtəsindəki muzeyləri evinizin komfortunda ziyarət edə bilirsiniz.

Günü dəyərləndirin

Gün sonunda ailəcə günü dəyərləndirmək üçün toplanın. Gün necə keçdi? Ağlından keçənlər, davamlı olaraq hiss etdiklərin nələrdir? Ən çox nə üçün və kimlər üçün darıxdın? Bu toplantıda fikirlərinizi, duyğularınızı açıq şəkildə paylaşın.Uşaqların mənfi duyğularını da qəbul edib, dilə gətirə bilənböyüklərə ehtiyacları olduğunu unutmayın.

Bundan başqa, baxmayaraq ki, bəzi ölkələrdə karantin rejimi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub, əvəzində tam təhlükəsizlik şəkildə mədəniyyət mərkəzilərini, muzeylərionlayn ziyarət etmək mümkündür.

Həm də karantinlə bağlı olaraq ləğv edilən opera-balet, şou proqramlarını onlayn şəkildə, üstəlik, ödənişsiz izləmək mümkündür. Bunun üçün aşağıdakı linklərə daxil olmağınız kifayətdir:

Ermitaj muzeyi -https://bit.ly/39VHDoI

https://bit.ly/33nCpQg

Metropolitan Opera, Nyu-York -https://bit.ly/2TTSr1f

Opera Viena -https://bit.ly/39OINlQ

"Google" İncəsənət və Mədəniyyət layihəsi -https://artsandculture.google.com/

Amsderdamda "Van Gogh" muzeyinə virtual səyahət -https://bit.ly/2TRdiSQ

Tretyakov Qalereyası -https://artsandculture.google.com/…/the-state-tretyakov-gal…

Vyanada İncəsənət Tarixi Muzeyi -https://bit.ly/3d08Zfm

Uffizi Rəqəmsal Arxiv -https://uffizi.it/en/pages/digital-archives

Luvr Muzeyi -https://bit.ly/2WciGBihttps://louvre.fr/en/media-en-ligne

Dövlət Rus Muzeyi (Sankt-Peterburq) -https://bit.ly/2IOQDjq

İnternetdəki ən böyük kolleksiyalardan biri olan, 3,5 milyondan çox eksponatı olan İngilis Muzeyi -https://britishmuseum.org

Britaniya Muzeyinə "YouTube" kanalı üzərindən səyahət -https://youtube.com/user/britishmuseum

11 mindən çox əsərin, fotoşəkillərin olduğu Prado tematik axtarış sistemi-https://museodelprado.es

Vatikan Muzeyləri -http://www.vatican.va/various/cappelle/sistina_vr/index.html

Metropoliten muzeyi -https://metmuseum.org

Nyu-Yorkda Müasir İncəsənət Muzeyinin 84 mindən çox əsərini onlayn izləmə şansı -https://moma.org/collection/…

Solomon Guggenheim Muzeyi -https://guggenheim.org/collection-online

Salvador Dali Muzeyi -https://bit.ly/33iHVmX

NASA video qalereyası -https://nasa.gov/co…/ultra-high-definition-video-gallery

Smitson muzeyi -https://si.edu/exhibitions/online

Krakov Milli Muzeyi -https://bit.ly/3d29dT0

Budapeştdə Gözəl Sənətlər Muzeyi -https://bit.ly/3d08L80

Nyu-York muzeylərində kolleksiya müəlliflərinin, sənətkarların hekayələri -https://34travel.me/post/nyc-museums

Azərbaycanlı psixoloq Fuad Əsədov da insanları həftəsonu tətbiq ediləcək karantin rejiminə ciddi əməl etməyə, mövcud vəziyyətdən maksimum faydalanmağa çağırıb. O bildirib ki, iki günlük məhdudiyyət elə də uzun müddət hesab olunmamalıdır:

"Hazırda yeni bir rejimə keçid edirik və bu rejimə görə həftəsonları evdən çıxmaq olmaz. İndidən bəzi insanlar düşünməyə başlayıblar ki, bu iki gündə sıxılacağıq və narahat olacağıq. Amma nəzərə alaq ki, iki gün o qədər də çox vaxt deyil.

Hər gün bir neçə saatlıq məşğuliyyət tapmaqla günün necə keçdiyini hiss etməyə bilərsiniz. İnsanlar ona görə narahat olur ki, edə biləcəklərindən daha çox edə bilmədiklərinə fokuslanırlar.

Məsələn, bir insan həftəsonları dostları ilə görüşürsə, indi bunu edə bilməyəcəyini düşünərək, pis olur. Amma hər bir insanın tək və evdə edə biləcəyi bir çox şey var ki,onları etsə, çox gözəl vaxt keçirmiş olacaq.

Ola bilsin ki, bəzi insanlar təklikdə edib, zövq alacaqları məşğuliyyətləri hələ kəşf etməyiblər. İndi düşünsünlər. Hər birimiz nə vaxtsa "İş-gücdən başım açılsaydı, bunu edərdim"demişik. Bax indi, tam zamanıdır. Evdə oturun və özünüzə sərf edin zamanınızı.

Kitab oxuya, film izləyə, seriala başlaya, ailə üzvləri ilə stolüstü oyunlar oynaya, virtual kurslara və təlimlərə qatıla, videooyunlar oynaya bilərsiniz. Edə biləcəyiniz şeylərin siyahısı genişdir. Sadəcə, bunları edərək gözəl iki gün keçirə bilərsiniz. Ən sevdiyim kitabları da tövsiyə edə bilərəm.

Roman oxumaq istəyənlərə Stefan Kinqin"11.22.63", Den Braunun "Mələklər və İblislər", Con Verdonun"Ağlında bir saytut", Karl Saqanın "Mesaj" kitablarını məsləhət görürəm.

Elmi ədəbiyyata maraqlı olanlara isə Dean Burnettin"Axmaq beyin", Devid İqlmənin"İncognito", Riçard Davkinsun "Yer üzündəki ən böyük tamaşa", Hararinin"21-ci əsr üçün 21 dərs", Karl Saqanın "Kosmos" əsərlərini tövsiyə edərdim.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1411   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliy

10.03.2024 526
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20.03.2024 389
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyət

24.03.2024 853
.

Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?

Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərini

24.03.2024 294
.

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir "şeytan üzü" sindromuna tutulub. Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib. İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür

24.03.2024 680
.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 374
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 694
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 499