Qızlarını pulla satan ANA CANLI YAYIMDA HƏBS EDİLDİ

Qızlarını pulla satan ANA CANLI YAYIMDA HƏBS EDİLDİ
Rafet Dəmirəl adlı ata, 16 yaşlı qızını axtarmaq üçün Türkiyənin ATV kanalında yayımlanan verilişə müraciət edib.
Aparılan araşdırmalar zamanı ailənin 16 yaşlı qızının evli bir adamla qeyri-rəsmi yaşadığı, 14 yaşlı qızının isə hamilə olduğu ortaya çıxıb. Bundan sonra işə polis qarışıb. Şahidlərin verdiyi ifadələrdən ananın 14 yaşlı qızının hamilə olduğu üçün pul müqabilində zorla ərə verilməsi məlum olub.

Bundan sonra canlı yayıma gələn polis ananın ifadəsini almaq üçün polis bölməsinə aparılıb. Yetkinlik yaşına çatmamış uşaqlar isə sosial xidmətlər tərəfindən himayəyə götürülüb.(ölkə)

Qızlarını pulla satan ANA CANLI YAYIMDA HƏBS EDİLDİ

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2950 Tarix: 06.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər