Azərbaycanlı müğənni: "Dəlil yoxdur ki, qadın həmkarlarıma xanımım məni qısqansın" - VİDEO

Azərbaycanlı müğənni: "Dəlil yoxdur ki, qadın həmkarlarıma xanımım məni qısqansın" - VİDEO"Ailəmdə qısqanclıq yoxdur. Elə bir dəlil də yoxdur ki, xanımım qadın həmkarlarıma məni qısqansın. Həyat yoldaşım ailə həyatı quranda bilirdi ki, müğənni ilə evlənir".

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov "MTV Azərbaycan" televiziyasında yayımlanan "Ulduzun vaxtı" musiqili-əyləncəli proqramda qonaq olarkən deyib.

Restoran biznesi ilə məşğul olan sənətçi müflis olduğunu açıqlayıb.

"Restoran biznesində tək deyildim. Bir şəxslə birgə restoran işlədirdik. Elə oldu ki, həmin şəxslə işlərimiz düz gəlmədi və ayrıldıq. Amma şəxsi restoranım heç zaman olmayıb".

E.Bədəlov efirlərə ayaq açan meyxana tipli mahnılara qarşı çıxaraq, onları ifa edən müğənniləri zövqsüz adlandırıb:

"Meyxana tipli mahnılara qulaq asan kütlə mənə lazım deyil. Meyxana çox nüfuzlu bir sənətdir. O cur istedad hər adama verilməyib. Gərək şeiri, qəzəli yüksək dərəcədə qavrayasan ki, bədahətən meyxana deyəsən. Bu fitri bir istedaddır.

Meyxana tipli mahnı janrı ümumiyyətlə yoxdur. O janr son zamanlar sosial şəbəkələr vasitəsi ilə populyarlıq qazanıb. Bu mahnıların sevilməsində verilişlərin də böyük qəbahəti var. Meyxana tipli mahnılar oxuyan ifaçıları efirdə təbliğ etmək doğru deyil.

Savadlı, bu sənətin təhsilini alan, səsi və avazı gözəl o qədər müğənnilər var. Onlar qalıblar kənarda... Bu "loru" mahnılar babalarımızın zamanında da var idi. Amma bu qədər populyar olmayıb.

Mən oxumağa başlayanda sosial şəbəkələr yox idi. Sənətə gəlmək üçün çox əziyyətlərdən keçmişik. O kanaldan bu kanala, o radiodan bu radioya gedib, mahnılarımızı səsləndirmişik. Bizi efirlə tanıyıblar. Amma indiki müğənnilər sosial mediada mahnılarını paylaşıb, dillərə düşüb, tanınırlar.

Sənətə gələn günlər "ulduz, bir nömrə olmaq istəyirəm" deməmişəm. Hər zaman istəmişəm ki, kiçik dinləyici auditoriyam olsun, məni dinləsin".

Qeyd edək ki, 16 ildən çoxdur ki, şou-biznesdə "Saqqız Emil" ləqəbi ilə tanınan müğənni E.Bədəlov məşhur tarzən Firuz Əliyevin qızı Xanım Bədəlova ilə evlidir. Cütlüyün iki qızı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3628   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

22:45 0
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1331
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 187
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 149
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 968
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 503
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

20:54 0
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 126
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 143