"Çingiz Əhmədov mükafat almadığına görə belə danışır"

"Çingiz Əhmədov mükafat almadığına görə belə danışır"Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Əməkdar artist Çingiz Əhmədovun rəhbər Əliqismət Lalayev barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanovanın yaydığı açıqlamada qeyd olunur:

"Teatrımızın direktoru Əliqismət Lalayevin orta və yaşlı nəslə mənsub sənətçilərə hörmət və ehtiramı böyükdür. Teatr kollektivi - texniki işçidən Xalq artistinə qədər bu doğmalığı hər zaman öz üzərlərində hiss edirlər. Əliqismət müəllimin orta və yaşlı nəslə qarşı bir problemi olsaydı, onda niyə 82 yaşlı Əməkdar artist Boris Qrafkin bu gün də teatrda çalışır və o, bu il Prezident Mükafatına təqdim olunub? 20 Yanvar faciəsində yeganə oğlunu itirən şəhid anası, gözəl aktrisamız, 76 yaşlı əməkdar artistimiz Səmayə Musayeva niyə Prezident Mükafatına təqdim olunub?

Bu il Prezident Mükafatı alanlar arasında Əməkdar artistlər — Əkbər Əlizadə, Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, aktrisa Gülcahan Salamova da orta nəslə mənsubdurlar. Bu il mükafat alanlar sırasında 1 mart 2015-ci ildən teatrda çalışan gənc və çox istedadlı aktyor - Baladadaşdan ("Baladadaşın toy hamamı") tutmuş Qvazimodaya ("Paris Notr-Dama ithaf") qədər teatrın ən maraqlı tamaşalarında iştirak edən, bir neçə dəfə "İlin aktyoru" nominasiyasına layiq görülən Əmrah Dadaşov da var. Siyahı ilə tanışlıq kimin haqlı, kimin haqsız olduğunu sübut edir.

Əliqismət Lalayev nizam-intizamı xoşlayan insandır, tələbkardır, bununla yanaşı aktyorların hər bir problemi ilə yaxından maraqlanır, yeri gələndə kömək, onlara məsləhət və tövsiyələrini əsirgəmir.

Düzü, Çingiz Əhmədovun mətbuatda və televiziyada işlətdiyi bəzi fikirlər məni və kollektivimizi təəccübləndirdi. Ondan bu addımı gözləmirdik. Çünki indiyə kimi Çingiz Əhmədov hər zaman özünü teatr rəhbərinin ən yaxın dostu kimi aparıb. Bunu aktyorların özundən də soruşa bilərsiniz.

Təbii ki, burada Çingiz Əhmədovu qəzəbləndirən əsas məsələ onun bu il mükafat almamasıdır. Özünün də qeyd etdiyi kimi, 2015, 2016, 2017, 2018-ci illərdə və bir də (Çingiz Əhmədov özü bəlkə də unudub) 2008-ci ildə, məhz Əliqismət Lalayevin teatra rəhbərlik etdiyi illərdə mükafat alan aktyor 5 il ardıcıl olaraq o mükafata layiq görülüb.

Bu il də növbə başqalarınındır, Nadir Xasiyev, Səidə Şərifəliyeva, Nərgiz Kərimova, Əkbər Əlizadə, Gülcahan Salamova kimi istedadlar, bütün ömrünü teatra həsr edən insanlar alır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1756   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14.04.2024 490
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 933
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 868
.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 401
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14.04.2024 959
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 266
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 9921
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 976
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 765