Dünyanın iki milyarderi arasında qalmaqal yaranıb

Dünyanın iki milyarderi arasında qalmaqal yaranıb

İlon Mask “Amazon” şirkətini monopoliya və haqsız rəqabətdə günahlandırıb.

“Qafqazinfo” xəbər verir ki, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask bu barədə öz tvitter hesabında bildirib. Belə ki, “Amazon”un koronavirus pandemiyası ilə bağlı bir kitaba senzura tətbiq edərək satışına icazə vermədiyini öyrənən Mask şərhlərində Ceff Bezosun adını tag edərək bu sözləri yazıb: “Ceff Bezos, bu dəlilikdir... “Amazon”u bölmək vaxtıdır, inhisarçılıq düzgün deyil”.

Jurnalist Aleks Berenson tərəfindən yazılan “COVID-19 haqqında açıqlanmayan həqiqətlər” kitabı koronavirusla bağlı informasiya siyasətinə uyğun olmadığı əsas gətirilərək “Amazon” şirkəti tərəfindən satışa çıxarılmayıb. Şirkətdən verilən açıqlamaya görə, pandemiya dövründə koronavirusla bağlı informasiya üçün müştərilərin ancaq rəsmi mənbələrə yönləndirildiyi qeyd edilib. Berenson isə cavabında kitabdakı bütün məlumatların rəsmi mənbələrə və statistikalara əsaslandığını bildirib. Daha sonra isə “Amazon”da Aleks Berensonun kitabına qoyulan qadağa götürülüb, jurnalist isə buna görə İlon Maska təşəkkür edib.

“Amazon” şirkətinin açıqlamasında isə qadağanın götürülməsinin tvitlərlə əlaqəli olmadığı, qadağanın sistem səhvi nəticəsində qoyulduğu vurğulanıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1875 Tarix: 05.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər