"Qızıl yel" xəstəliyinə tutulan Əməkdar artist: "Sandım ki, iflic oldum"

"Qızıl yel" xəstəliyinə tutulan Əməkdar artist: "Sandım ki, iflic oldum""Sol ayağımda ciddi problemlər yaranıb. Ayağımı yerə basa bilmirəm. Altıncı gündür ki, yerdə yatıram. Uşaqlar qucağında məni aparıb-gətirir".

BiG.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi "Qızıl yel" xəstəliyinə tutulduğunu açıqlayıb:

"Heç bilmirəm bu hadisə necə başıma gəldi. Həyatım boyunca bu xəstəlik barədə heç bir şey eşitməmişdim. Keçən həftənin altıncı günü gecədən səhərə kimi yerimdə ağrıdan çapaladım. Səhərə qədər can verdim. Çox pis ağrılar içində qovruldum. Anlaya bilmədim ki, nə baş verir? Elə zənn etdim ki, iflic oldum. Özümdə, sözümdə deyildim. Səhərə kimi birtəhər dözdüm.

Birinci ayağım tutuldu. Sonra hərarətim 41 dərəcəyə qədər yüksəldi, bərk üşütdüm. Sutka yarım qızdırmadan yanırdım. Qızartılıq dizimə qədər gəldi. Sanki ayağım yanıb. Həkimlər dedilər ki, bu, "Qızıl yel" xəstəliyidir.

Həkimlər analizlər götürdülər. Müalicələrimi ev şəraitində davam etdirirəm. Ayağım artıq sağalır. Lakin həkimlər söyləyirlər ki, bu proses uzun çəkəcək. 14 gün yataqda uzanmalı və ayağımı yerə basmalı deyiləm".

Əməkdar artist qızı Aynişan və kürəkəni Kənanın müğənninin vəziyyətindən qorxduqlarını və stress keçirdiklərini bildirib:

"Qızım bu vəziyyətdə məni görsəydi, dəli olardı. Gecə olduğundan ona zəng vurub, qorxutmaq və narahat etmək istəmədim. Tərslikdən yanımda çalışan köməkçinin işi olduğundan getdi. Ona dedim ki, uzaqda qalırsan, qayıtma. O gecə tək qaldım və başıma bu hadisələr gəldi. Səhər gəlib vəziyyətimi görəndə qadın az qala dəli oldu. Aynişan, kürəkənim Kənan da mənə görə həyəcan və stress keçiriblər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2910   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704