"Oğlum arvadını tövlədə başqa kişi ilə tutdu" - Keçmiş gəlinini yaba ilə öldürən qayınata

"Oğlum arvadını tövlədə başqa kişi ilə tutdu" - Keçmiş gəlinini yaba ilə öldürən qayınataXaçmaz rayonunda gəlinini yaba ilə qətlə yetirən Məlikməmməd Adğözəlovun cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, ittihama görə, Məlikməmməd Adgözəlov 2016-cı iyulunda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evinin həyətində əlindəki yaba ilə mal-qaraya yem verdiyi zaman oğlu Elsevər Adgözəlovdan bir neçə il əvvəl boşanan, lakin məhkəmənin qərarı ilə bir evdə yaşadığı keçmiş gəlini Rəmziyyə Abdurahmanova 9 yaşlı oğlu Muradla evə gəlib.

Keçmiş gəlini taksidən düşüb və həyətin darvazasını döyərək M.Adgözəlovu təhqir edib. Təhqirə səbəb isə qapının gec açılması olub. M.Adgözəlov qapını açdıqdan sonra keçmiş gəlini ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə başlayıblar. Mübahisənin davamında M.Adgözəlov keçmiş gəlinin başına yaba ilə bir neçə dəfə vuraraq yerə yıxıb və iki əli ilə onu boğaraq öldürüb.

M.Adgözəlov ifadəsində bildirib ki, keçmiş gəlini oğlundan rəsmi surətdə boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməklə ailəsinin nüfuzuna xələl gətirib, nəvələrini döyüb incitməklə ona mənəvi əzab verib, ailəsinin ünvanına tez-tez nalayiq söyüşlər işlədib.

M.Adgözəlov ifadəsində deyib ki, arvadı, oğlu və yeni gəlini ilə birlikdə kənddəki evlərindı yaşayıblar. Keçmiş gəlini də eyni evdə bir otaqda yaşayırmış. Oğlu ilə keçmiş gəlinin nikahından 3 uşaqları olub.

"2001-də evlənmişdilər. Rəmziyə əxlaqsız hərəkətlər etdiyi üçün oğlumla aralarında münaqişə başladı. 2009-da Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə münasibətdə olanda tutdu və boşandılar. Məhkəmə uşaqlar körpə olduğu üçün mənim evində yaşamaları ilə bağlı qərar verdi. Amma o, yenə də əxlaqsız hərəkətlərindən əl çəkmədi. Onun pozğun həyat tərzi bütün kəndə bəlli oldu. Uşaqlar məktəbə gedəndə sinif yoldaşaları onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər"- deyən M.Adğözəlov ifadəsində bildirib.

M.Adgözəlov istintaqa hadisə baş verən günü bunları deyib:

"Həmin gün Rəmziyyə darvazanı döyüb itələməyə başladı. Dayan açıram dedim. "Evində fahişə saxlayan, tez ol, aç qapını" deyib qışqırdı. Məni təhqir eləməyə başladı. Bu söyüşlərdən qəzəblənərək başına yaba ilə vurdum. Ayağa qalxıb yenə məni söyərək küçəyə qaçdı. Arxasınca gedərək ikinci dəfə başından vurdum. Qaçmağa davam elədi. Çatıb bir də vuranda yaba qırıldı. İki əlimlə tutaraq boğmağa başladım. Sonra qonşular polisə xəbər verdi".

Hadisə barədə daha ətraflı videonun 15:00 dəqiqəsindən baxa bilərsiz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3188   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788