Ekspert: "Sərnişinlər izolyasiya qaydalarına ciddi əməl etsələr, təhlükə daha tez sovuşar"

Ekspert: "Sərnişinlər izolyasiya qaydalarına ciddi əməl etsələr, təhlükə daha tez sovuşar"Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə həyata keçirilən tədbirlər davam etdirilir. Tətbiq edilən izolyasiya qaydaları içərisində xüsusi vurğulanan məqamlardan biri tibbi maskalardan istifadənin vacibliyidir. Xüsusən, virusun yayılma ehtimalının daha böyük olduğu ictimai nəqliyyat vasitələrində maskalardan istifadə məcburi elan edilib. Buna baxmayaraq, hələ də bəzi sərnişinlərin maska taxmaqdan boyun qaçırmağa meylli olduqlarının şahidi oluruq.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev Yenicag.az saytına verdiyi açıqlamada bildirib ki, ictimai nəqliyyatda izolyasiya qaydalarına ciddi əməl etməyimiz virus təhlükəsinin daha tez aradan qalxmasına səbəb olar:

"Ölkədə tətbiq olunan izolyasiya qaydaları insanlarımızın sağlamlığı üçündür. Bu qaydalara nə qədər ciddi şəkildə əməl olunarsa, biz koronavirus adlı bəladan daha tez yaxa qurtara bilərik. Hər kəs öz üzərində məsuliyyət hiss edərək qaydalara qeyri-şərtsiz əməl etməlidir. Əməl etməkdicə yoluxma davam edəcək. Virusun yayılması əsasən insanlar arasında təmas vasitəsilə və ara məsafəsini gözləməməkdən baş verir. Xüsusən ictimai nəqliyyatda məsafəni gözləməmək, sıxlıq yaratmaq, maska taxmamaq, dezinfeksiya vasitələrindən istifadə etməmək virusun daha çox yayılmasına və təhlükənin gec sovuşmasına səbəb olur. İnsanlarımızın tətbiq olunan qaydalara riayət etməməsi virusa yoluxma sayında yenidən artımlara səbəb oldu. Bu səbədən də biz bir daha məsuliyyətli olmalıyıq. Burda ilk məsələ maskalardan istifadə etməkdir. Artıq qanunla da maskadan istifadə etməməyə görə cərimə tətbiq edilir. İkinci məsələ avtobuslarda ara məsafəsinin qorunmasıdır. Maska taxılıbsa təqribən 1,5 metr ara məsafəsi saxlanılmalıdır. Nəzərə almalıyıq ki, bir nəfərin məsuliyyətsizliyi hamını əziyyətə salır".

Ekspert qeyd edib ki, bəzi insanların belə bir virusun varlığına şübhə etməsi gülünc görünür:

"Təəssüf ki, bəzi insanlar hələ də, belə bir virusun varlığına şübhə edirlər. Bu isə bəzən gülünc mənzərə yaradır. Bəzi insanlar öz tanışlarında virusa yoluxan olmadığına görə bu xəstələiyin varlığına inanmır və inanmadığına görə də məsələyə ciddi yanaşmırlar. Əgər sənin yaxınında xəstələnən yoxdursa, bu o demək deyil ki, belə bir xəstəlik mövcud deyil. Azərbaycanda karantin tədbirlərinin həyata keçirilməsi nəticəsində pandemiyanın daha kütləvi yayılmasının qarşısı alındı. Əgər bizdə virusa yoluxanların sayı çoxalmayıbsa, bu o demək deyil ki belə bir xəstəlik yoxdur. Dünya ölkələrinə baxsaq, orada yoluxma rəqəmləri çox ciddidir".

Y.Mustafev bildirib ki, izolyasiya qaydalarına riayət etməklə bağlı maarifləndirmə işləri daha da artırılmalıdır:

"Karantin qaydalarına riayət etməklə bağlı kütləvi informasiya vasitələrində ciddi maarifləndirmə getməlidir. Günün xüsusi saatlarında bununla bağlı sosial şəbəkələrdə yazılar, videoroliklər paylaşılmalıdır. Yoluxanlar barədə, onların ailələri barədə reportajlar hazırlanmalıdır ki, insanlara daha çox təsirlənsinlər və daha məsuliyyətli olsunlar. Belə olduqda tibbi maska taxmaq və digər məsələlər avtobusa minən sərnişinin daha tez yadına düşər və onlar da buna riayət edərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 589   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997