Deputat: "Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır"

Deputat: "Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır""Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə olması ölkəmizdə ordu quruculuğuna, hərbçilərin döyüş qabiliyyətinin artırılmasına və onların məişət problemlərinin həllinə olan diqqət və qayğının göstəricisidir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Deputat: "Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır"O deyib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ölkədə ordu quruculuğu gücləndirilib. Deputat qeyd edib ki, hər il dövlət büdcəsindən orduya ayrılan vəsaitin miqdarı artırılır: "Bunun nəticəsində ordunun maddi-texniki bazası gücləndirilib, Azərbaycan dünyanın hərbi sənayesi inkişaf etmiş ölkələrindən ən müasir silah-sursat, texnika alıb. Bundan başqa hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.Müdafiə Nazirliyinin hərbi qulluqçuların və mülki əməkdaşlarının əməkhaqqları mütəmadi artırılır. Ordumuz il ərzində bir neçə dəfə genişmiqyaslı təlimlər keçirir. Həmin təlimlərdə ən müasir silah və texnikalar nümayiş etdirilir, şəxsi heyətin döyüş qabiliyyəti artırılır. Eyni zamanda hərbçilər təlimlərdə yeni bilik və bacarıqlara yiyələnirlər, müasir silah və texnikanı daha dərindən mənimsəyirlər".

Milli Məclisin deputatı Ülvi Quliyev:

"Cəbhə bölgəsində müasir tələblərə cavab verən yeni hərbi hissənin tikintisi, cənab Prezidentin oraya səfəri, Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirməsi düşmənə mesajdır".

Ü.Quliyev vurğulayıb ki, bütün bunların nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib: "Ordumuz dünyanın əlli ən güclü silahlı qüvvələri sırasındadır. Ən əsası isə Azərbaycan Ordusu Ermənistan ordusundan dəfələrlə üstündür. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha sübut etdi. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazır və qadirdir".

Deputat: "Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır"Ü.Quliyevin fikrincə, ordu sistemində müşahidə olunan ən vacib dəyişikliklərdən biri də yeni hərbi hissələrin tikintisi, köhnə tikililərdə yerləşən hərbi hissələrin əsaslı təmir olunaraq istifadəyə verilməsidir: "Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yeni hərbi hissədə olub. Bu hərbi hissə cəbhə bölgəsində yerləşir".
Deputat: "Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır""Cənab Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfər etməsi təsadüfü deyil. Çünki Ermənistan torpaqlarımızın 20 faizini işğal edib və işğala son qoymaqdan boyun qaçırır. Düşmənə dərs vermək, torpaqlarımızı işğaldan azad etmək üçün ordumuzu daimi gücləndirməliyik, döyüş qabiliyyətini artırmalıyıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu iş çox uğurla həyata keçirilir. Cəbhə bölgəsində müasir tələblərə cavab verən yeni hərbi hissənin tikintisi, cənab Prezidentin oraya səfəri, Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirməsi düşmənə mesajdır. Bu mesaj da ondan ibarətdir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, sülh danışıqları nəticə verməsə müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. Ermənistan rəhbərliyi bu mesajdan nəticə çıxarmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888