Məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək - RƏSMİ

Məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək - RƏSMİ"Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq".

BiG.AZ "oxu.az"a istinadən xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan "ATV Qərargah" verilişində çıxışı zamanı deyib.

O bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər:

"İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdiriləcək.

Bu müddət ərzində yalnız fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin hərəkətinə icazə veriləcək.

Ola bilsin ki, nəqliyyat vasitələri ilə yola çıxan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi xüsusi texniki vasitələrin köməyi ilə müəyyən olunacaq.

Bu əvvəlki qaydada SMS vasitəsi və ya "icazegov.az" portalında kiminsə adının olması ilə bağlı olmayacaq. Çox məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək.

Həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları xüsusi qaydada qeydiyyata alınacaq və yalnız onlar inzibati qaydada cərimə olunmayacaq.

İyunun 6-dan 8-dək qeyd olunan saata qədər nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilməyən digər şəxslər xüsusi texniki avadanlıqlar vasitəsilə aşkar ediləcək.

Vətəndaşlar fikirləşməsin ki, ərazidə polis yoxdur və bizi cərimələyən olmayacaq. Öncədən bu barədə vətəndaşlara xəbərdarlıq edirik.

Karantin rejiminə əməl etməyən şəxslər barəsində iyunun 2-dən qəbul edilən qərara əsasən, qoruyucu vasitələrdən istifadə etməyən sərnişin və sürücülər qanunvericiliyin normalarına uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar.

Müvafiq olaraq, qoruyucu vasitələrdən istifadə etməməklə qayda pozuntusuna ilk dəfə yol verən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat cərimə olunacaqlar.

Eyni xətanın il ərzində təkrar olunması müşahidə olunarsa, fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar.

Bu cərimələrlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndində karantin qaydalarının pozulmasına görə, 1 aya qədər inzibati həbs cəzası da var. Bu günə qədər 50-yə yaxın şəxs bir aya qədər inzibati həbs cəzası alıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1425   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 199
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 255
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 457
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 583
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252