Təhsil müəssisələri dekabrın sonuna kimi bağlı qalacaq? - AÇIQLAMA

Təhsil müəssisələri dekabrın sonuna kimi bağlı qalacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, təhsil müəssisələrin açılması ilin sonuna kimi təxirə salına bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, bu barədə danışmaq hələlik tezdir:

"Karantin rejimi ilə bağlı qərarların verilməsi dövlətin və Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Təəssüf ki, yumşalmadan sonra hesab olundu ki, insanlar bu məsələdə məsuliyyətlərini anlayıb, yaradılan şəraitdən sui-istifadə etməyəcəklər. Təəssüf ki, hər şey gözlənilən kimi olmadı. İnsanlar sosial məsafəni gözləmədən, qoruyucu tibbi maskalardan istifadə etmədən və sanki koronavirus xəstəliyi yoxmuş kimi davrandılar. Elə bildilər ki, birdən-birə əvvəlki həyatımıza qayıda bilərik. Yumşalmadan sonra təəssüf ki, xəstəliyin yayılma dinamikası və ölənlərin sayı artdı, sağlama dinamikası isə azaldı. Buna görə də şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulması təklif edildi. Bu təcrübə qardaş Türkiyədə də tədbiq olunur. Ancaq biz deyə bilmərik ki, bu sentyabr və oktyabr ayında da belə olacaq. Qərarlar mövcud vəziyyətə uyğun veriləcək. Son həftələrin dinamikası ürəkaçan deyil. Dünən hətta 325 yeni yoluxma oldu. Əgər gündə 250 yoluxma olsa, ayda 7000-dən çox yoluxma deməkdir. Təbii ki, inanıram ki, insanlarımız məsuliyyətlərini anlayıb, imkan verməz ki, karantin rejimi sərtləşdirilsin. Ancaq bu həqiqətdir ki, bu virus bizimlə bir müddət yaşayacaq. Qaldı ki, təhsil müəssisələrin dekabr ayına kimi bağlanması məsələsinə, bu barədə danışmaq hələ tezdir. Çünki 2 ay sonra nə olacağı ilə bağlı biz düzgün fikir səsləndirə bilmərik. Çünki bu virusun özünü necə aparacağı, yayılma forması bilinmir. Ona görə də bu barədə hər hansı fikir səsləndirməyə tələsməyək. Bu gün biz sosial məsuliyyətimizi anlayaq, Operativ Qərargahın tövsiyyələrə əməl edək. Yalnız bu yolla biz koronavirusun ölkəmizdə daha geniş yayılmasının qarşısını almış olarıq. Biz ikinci dalğanın pik həddini yaşamaq həddinə gəlib çatırıq. İnsanlarımız anlamalıdır ki, biz çox ciddi təhlükə ilə üzbəüzük".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2949   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Rəsmi açıqlama

"Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb". Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

15.04.2024 467
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 156
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 301
.

Rusiyada daşqın nəticəsində evlər suyun altında qalıb

Xəbər verdiyimiz kimi, Rusiyanın Orenburq vilayətində daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında qalıb. Evlərin əksəriyyətinin çoxmərtəbəli olduğu bildirilib. Məlumata görə, suyun altında qalan evlərdən 16547 nəfər, 4648 uşaq təxliyə edili

15.04.2024 356
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Tokayev Ermənistana gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gedib. BİG.AZ xəbər verir ki, prezidenti ölkənin Baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək

15.04.2024 188
.

"Başıma bu cür faciə gəldi, reytinq yığdılar" - Mətanət İsgəndərli

"Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amm

15.04.2024 440
.

Bakıda yaşlı kişi intihar edib

Bakı şəhəri Nərimanov rayonu ərazisində 52 yaşlı kişi intihar edib. xəbər verir ki, Aşıq Molla Cümə küçəsi, 2A ünvanında kişi binanın 11-ci mərtəbəsindən özünü atıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil

15.04.2024 949
.

İsrail-İran hücumları: bundan sonra nə olacaq?

"İran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq 13 aprel tarixində İsraili ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutub. Bazar günü İsrail İran tərəfindən kütləvi dron hücumuna məruz qaldı, İran BMT-yə və dünya birliyinə müraciət edərək bu hücumun BMT Nizamnaməsini

15.04.2024 236