"Əvvəllər döyüş bölgəsindəki hərbi hissələrdə vəziyyət yaxşı deyildi, indi isə..." - Ekspert

"Əvvəllər döyüş bölgəsindəki hərbi hissələrdə vəziyyət yaxşı deyildi, indi isə..." - Ekspert"Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir".

Bunu Qaynarinfo-ya açıqlamasında "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu deyib.

O bildirib ki, son illərdə Azərbaycan Silahlı Qüvvələrində çoxsaylı islahatlar aparılıb və bu proses hazırda da davam edir:

"General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra ordumuzun maddi-texniki bazası xeyli gücləndirildi. Şəxsi heyətin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri addımlar atıldı. Qısa müddətdə görülən tədbirlər nəticəsində bu sahədə xeyli irəliləyiş əldə olundu. Belə ki, Müdafiə Nazirliyinin döyüş bölgələrindəki hərbi hissə və taborlarınının maddi-texniki ehtiyatı gücləndirildi. İndi əsgər yeməkxanalarında yeməyi hərbi qulluqçular deyil, nazirin tapşırığına əsasən mülki işçilər hazırlayır", - təşkilat sədri vurğulayıb.

"Əvvəllər döyüş bölgəsindəki hərbi hissələrdə vəziyyət yaxşı deyildi, indi isə..." - EkspertŞ.Sabiroğlunun fikrincə, əvvəllər hərbi hissələrin vəziyyəti yaxşı deyildi. Hazırda isə bu sahədə böyük dəyişikliklər var: "Əvvəllər hərbi hissələr şəraitsiz binalarda yerləşmişdi. Artıq bu sahədə də böyük addımlar atılıb. İndi Avropa standartlarına uyğun binalar tikilib. Biz, ictimai təşkilat olaraq döyüş bölgələrindəki hərbi hissə və taborlara tez-tez baş çəkirik. Tam səmimiyyətlə deyirəm, şəxsi heyətin istirahəti üçün lazımi şərait yaradılıb".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirib.

Diqqətə çatdırılıb ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədi ilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi də istifadəyə tam hazırdır. Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
"Əvvəllər döyüş bölgəsindəki hərbi hissələrdə vəziyyət yaxşı deyildi, indi isə..." - Ekspert


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1062   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 334
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

09:51 414
.

Avtomobil qəzasında ölən məşhurlar - FOTOLAR

Hər il avtomobil qəzasında kifayət qədər şəxs dünyasını dəyişir. BİG.az yol qəzası zamanı ölən məşhurların siyahısını təqdim edir:. Müğənni Aslan Hüseynov 2021-ci ildə "Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkə

17.04.2024 945
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 158
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1532
.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17.04.2024 1418
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17.04.2024 1032
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 216
.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 1997