Polkovnik ermənilərin Şuşa təxribatının məqsədini açıqladı

Polkovnik ermənilərin Şuşa təxribatının məqsədini açıqladı"Erməni separatçılarının Şuşada "and içmə" mərasimi təşkil etməsi bizim cəmiyyəti qıcıqlandırmağa hesablanmışdı".

Bunu Hit.Az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası"na indiyə kimi bir neçə dəfə "prezident" seçilib, bununla bağlı bütün tədbirlər Azərbaycan şəhəri olan Xankəndində keçirilib: "Separatçılar və onların havadarları bu dəfə məhz Şuşanı seçdilər. Bütün bunlar məqsədli şəkildə həyata keçirilən proseslərdir. Düzdür, Azərbaycan cəmiyyətinin belə həssas məsələyə sərt reaksiya verməsini müsbət qiymətləndirirəm. Ermənilərin bu həyasızlığına son qoymaq lazımdır, ancaq onu da unutmaq olmaz ki, ermənilərin də bu proseslərin fonunda əldə etmək istədiyi məhz cəmiyyətin qıcıqlanması idi. Bütün bunlar Ermənistanın düşünülmüş şəkildə etdiyi təxribatı idi".

Ad - 00:26
ƏTRAFLI
hunergroup.az

Ehtiyatda olan polkovnikin fikrincə, Ermənistan rəhbərliyi Şuşa təxribatı ilə siyasi xal qazanmaq istəyirdi: "Azərbaycanın Aprel döyüşləri, yaxud başqa formada güc tətbiq etməsinə çalışırdılar. Sonra da Ermənistan tərəfi bunu əlində bayraq edəcəkdi ki, Azərbaycanla danışığa getmək, müzakirələrlə sülhə nail olmaq mümkün deyil. Yəni əslində ermənilərin Şuşa ilə bağlı təxribatının altında siyasi məqsəd vardı.

Bu da səbəbsiz deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli ilə bağlı konkret bəyanat verdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi belə bir mövqe tutubsa, deməli burada ciddiyyət var. Sergey Lavrov ilk növbədə Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun qaytarılması ilə bağlı bəyanat verdi. Ancaq belə mümkün siyasi prosesin getdiyi vaxtda erməni tərəfi özünü elə həyasızcasına apardı ki, proses müəyyən bir şəkildə dayandırılsın.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi kimi, artıq hər hansı təxribat olarsa Azərbaycan tərəfi malik olduğu ən müasir silahların tətbiqi ilə işğal olunmuş torpaqlarını azad edəcək".

Ş.Ramaldanov deyib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Rusiyanın Azərbaycana olan münasibəti yaxşıya doğru dəyişib: "Rusiya Ermənistanla bir çox məsələrdə razılaşmır. Artıq Yerevanla Moskva arasında soyuq münasibətlər mövcuddur və bu, özünü Sergey Lavrovun atdığı addımda da göstərdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün həm Dağlıq Qarabağ münaqişəsinin həllində "açar" rolunu oynayan, həm də Minsk qrupunun həmsədri olan Rusiya artıq 7 rayonun qaytarılması ilə bağlı xarici işlər naziri səviyyəsində bəyanat verir. Bunu eşidən ermənilər Şuşada təxribat törətdilər. Onlar Azərbaycan cəmiyyətini qıcıqlandırmaq, dövləti güc tətbiqinə məcbur etmək üçün bu addımı atdılar. Əgər Azərbaycan Şuşadakı tədbirin qarşısını almaq üçün hər hansı addım atsaydı, Sergey Lavrovun qaldırdığı məsələ sıfıra enə bilərdi. Ancaq cəmiyyətin və dövlətin soyuqqanlılığı bu məsələnin nəzarətdən çıxmasına imkan vermədi"

Polkovnik ermənilərin Şuşa təxribatının məqsədini açıqladıEhtiyatda olan polkovnikin fikrincə, Ermənistan rəhbərliyi Şuşa təxribatı ilə siyasi xal qazanmaq istəyirdi: "Azərbaycanın Aprel döyüşləri, yaxud başqa formada güc tətbiq etməsinə çalışırdılar. Sonra da Ermənistan tərəfi bunu əlində bayraq edəcəkdi ki, Azərbaycanla danışığa getmək, müzakirələrlə sülhə nail olmaq mümkün deyil. Yəni əslində ermənilərin Şuşa ilə bağlı təxribatının altında siyasi məqsəd vardı.

Bu da səbəbsiz deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli ilə bağlı konkret bəyanat verdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi belə bir mövqe tutubsa, deməli burada ciddiyyət var. Sergey Lavrov ilk növbədə Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun qaytarılması ilə bağlı bəyanat verdi. Ancaq belə mümkün siyasi prosesin getdiyi vaxtda erməni tərəfi özünü elə həyasızcasına apardı ki, proses müəyyən bir şəkildə dayandırılsın.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi kimi, artıq hər hansı təxribat olarsa Azərbaycan tərəfi malik olduğu ən müasir silahların tətbiqi ilə işğal olunmuş torpaqlarını azad edəcək".

Ş.Ramaldanov deyib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Rusiyanın Azərbaycana olan münasibəti yaxşıya doğru dəyişib: "Rusiya Ermənistanla bir çox məsələrdə razılaşmır. Artıq Yerevanla Moskva arasında soyuq münasibətlər mövcuddur və bu, özünü Sergey Lavrovun atdığı addımda da göstərdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün həm Dağlıq Qarabağ münaqişəsinin həllində "açar" rolunu oynayan, həm də Minsk qrupunun həmsədri olan Rusiya artıq 7 rayonun qaytarılması ilə bağlı xarici işlər naziri səviyyəsində bəyanat verir. Bunu eşidən ermənilər Şuşada təxribat törətdilər. Onlar Azərbaycan cəmiyyətini qıcıqlandırmaq, dövləti güc tətbiqinə məcbur etmək üçün bu addımı atdılar. Əgər Azərbaycan Şuşadakı tədbirin qarşısını almaq üçün hər hansı addım atsaydı, Sergey Lavrovun qaldırdığı məsələ sıfıra enə bilərdi. Ancaq cəmiyyətin və dövlətin soyuqqanlılığı bu məsələnin nəzarətdən çıxmasına imkan vermədi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 03 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788