Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı - FOTO

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, keçirilən tədbir nəticəsində rayonun Qardili kəndi ərazisində Qırxçıraq qəsəbə sakini Aslan Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Aslan Şirinov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 336 Tarix: 03.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər