Dondurma deyərək yediyimiz kimyəvi maddələr – Təhlükə sezonu başladı - VİDEO

Dondurma deyərək yediyimiz kimyəvi maddələr – Təhlükə sezonu başladı - VİDEOYayın gəlməsi ilə dondurma istehsal edən müəssisələrin fəaliyətində aktivlik müşahidə olunur. Bu da isti yay günlərində dondurmaya olan tələbatın artması ilə əlaqədardır. Amma ənənəvi olaraq, hər il hər bir müştəridə hansı dondurma daha yaxşıdır, hansı dondurma daha kefiyyətlidir kimi sualları yaranır.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Dondurma alarkən, nəyə diqqət edirsiniz?

Sakin: "Əsasən onun şirinliyinə və soyuqluğuna diqqət edirik".

Sakin: "Keyfiyyətinə və qiymətinə. Orta qiymətə olanı alırıq, lap ucuzlar da pis, keyfiyyətsiz olur".

Eyyub Hüseynov – AİB-in sədri: "Alıcılar alan zaman birinci etketinə baxsınlar əgər bükülmüş dondurmadırsa, əgər əzilibsə, o deməkdir ki, nə vaxtsa o uzaq yoldan gələndə istilik təsirinə məruz qalıb. Əridikdən sonra onu təzədən dondurublar".

Həkimlərin sözlərinə görə, bu cür dondurmaları yemək təhlükəlidir. Yenidən dondurulma həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır.

Mətanət Cəfərova – Terapevt: "Bu zaman xəstələrdə, həmin dondurmaları qəbul edən insanlarda ürəkbulanma, qusma, başgicəllənmə, ishal, təzyiqin aşağı düşməsi, ürəkdöyünmənin artması kimi halları baş verə bilər. Yəni yüngül mədə bağırsaq zəhərlənməsindən tutmuş, ən ağır hallara qədər gətirib çıxara bilər".

Aytən İsmayılzadə - Pediatr: "Dondurmanın istehsalında müxtəlif rəngləndiricilərdən, dadlandırıcılardan da istifadə olunur və bunlar da süni maddələr hesab olunur. Süni madədlərin də özlərinə qarşı bədənin kəskin reaksiyası ola bilər. Ona görə də çalışmaq lazımdır ki, daha çox süni boyayıcı maddəsi olmayan dondurmaya müraciət edək".

Standartlara görə dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə yalnız kərə yağı qarışdırmaq olar. Əgər dondurma boğaza acılıq verərsə, deməli onun tərkibinə marqarin və ya bitki yağları qarışdırılıb.

Rəna Xasayeva – Texnoloq: "Bəziləri dondurmaya GMO vururlar. İnsan orqanizminə ziyanlı maddələr, palma yağları da daxil edirlər. İndi dondurmaların üzərində tərkibi qeyd edilib. O tərkiblə tanış olduqdan sonra alıb yeyə bilərlər".

Eyni zamanda mütəxəssislər günəş şüaları altında satılan dondurmaları almamağı məsləhət görür. Əgər vətəndaşların dondurmalarla bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla AQTA -nın 1003 qaynar xəttinə məlumat vermək tövsiyyə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1616   Tarix: 03 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1121
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 247
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 202
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 812
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 507
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 399
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 817
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 221
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 525