Politoloq: "Ermənistan Avropadan ciddi zərbə alıb" - RƏY

Politoloq: "Ermənistan Avropadan ciddi zərbə alıb" - RƏY"Azərbaycanda koronovirusa yoluxanların sayının artması karantin tədbirlərinin riayət edilməsini diqtə edir. Əhalisinin sayı Azərbaycandakından ən azı 3 dəfə az olan Ermənistanda durum daha ağırdır və bunu işğalçı ölkənin baş naziri Nikol Paşinyan da etiraf edir. Ermənistanda virusa yoluxma mart və aprel ayı ilə müqayisədə 13 dəfə artıb. Bu, kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər".

Bunu "Report"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, virusa yoluxan Nikol Paşinyan iyunun 2-də açıq havada keçirdiyi brifinqdə hazırki vəziyyətdən çıxış üçün əhaliyə iki variant təklif edib:

"O birinci variant üçün deyib ki, insanlar kütləvi surətdə karantin tədbirlərinə ciddi riayət edir və Ermənistan indiki ağır vəziyyətdən tədricən çıxmağa başlayır.

Paşinyan ikinci variant üçün isə bunları deyib: "Qaydalara riayət edilməyəcəyi halda yenidən məhdudlaşdırma tədbirlərinə baş vurmaq məcburiyyətində qalacağıq. Bu isə epidemiya ilə əlaqədar onsuz da dərin böhrana yuvarlanan iqtisadiyyatımızın və sosial durumumuzun fəlakətə sürüklənməsi deməkdir. Dövlətin imkanlarının sərhəddi var, vəziyyətlə bağlı yenə qapansaq uzun illər ağır iqtisadi durumdan qurtula bilməyəcəyik".

E.Şahinoğlunun fikrincə, Nikol Paşinyan erməniləri seçim qarşısında qoysa da baş naziri eşidən azdır: "Buna misal kimi Paşinyan Ermənistanın şəhərlərindən birində köhnə avtobusa doluşan sakinlərin şəkillərini göstərib. Həmin şəkildə zavoddan çıxan maskasız ermənilər bir-birlərini sıxaraq avtobusa doluşurlar. Daha sonra yayılan xəbərə görə həmin zavod 3 günlüyünə karantinə bağlanıb. Bu isə işçilər arasında narazılıq yaradıb. Çünki müəssisənin fəaliyyətinin dayandırılması maaşların dondurulması və onların sosial vəziyyətlərinin ağırlaşması deməkdir. Paşinyan durumun vahiməli olduğun həm də onunla izah edib ki, ölkədə hələ test edilməyən xeyli virusa yoluxan var və ən böyük təhlükə mənbəyi onlardır.

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu:

"Bir gün Moskva və Tehran da Avropa kimi Ermənistanın köhnə təyyarələrindən qorumaq qərarını verə bilər".

Paşinyan insanları qaydalara riayət etməyə çağırarkən özü virusa yoluxub və ermənilər üçün pis nümunəyə çevrilib. Paşinyan virusa yoluxmasını ona su gətirən hansısa xidmətçisinin boynuna atsa da, Ermənistanda buna inanan azdır. Viruslu Paşinyanın Ermənistanın hazırki ağır vəziyyətində işğal altındakı Şuşaya gəlişi, orda heç bir sosial məsafə gözləmədən maskasız şəkildə qonaqlarla süfrə arxasında şadyanalıq etməsi Ermənistanda müzakirə predmetidir. Baş nazirin özü qaydalara riayət etməyibsə və virusa yoluxubsa, onun "qaydalara riayət edin" çağırışını ölkəsində kimsə eşidərmi?".

Politoloq bildirib ki, Ermənistan Avropadan ciddi zərbə alıb, belə ki, Avropa İttifaqı Ermənistanın aviaşirkətlərinə Avropa ölkələrinə uçuşlar həyata keçirməsini qadağan edib: "Bunun səbəbi sadədir. Ermənistanın təyyarələri köhnə və istifadəyə yararsızdır. Ölkənin maliyyəsi yoxdur ki, yeni sərnişin təyyarələri alsın. Köhnə təyyarələr isə Avropa üçün təhlükə mənbəyidir, bu təyyarələrin başına hansı ölkənin səmasında nə iş gələcəyi bəlli deyil.

Avropa özünü köhnə təyyarələrdən qorumaqda haqlıdır. Ermənistan və əks istiqamətə yalnız inkişaf etmiş dövlətlərin avişirkətlərinə uçuş həyata keçirilməsinə icazə veriləcək. Bu isə o deməkdir ki, Ermənistanın təyyarələri uzaqbaşı Rusiya və ya İran istiqamətində uçuşlar həyata keçirə bilərlər. Ancaq bir gün Moskva və Tehran da Avropa kimi Ermənistanın köhnə təyyarələrindən qorumaq qərarını verə bilər. Strateji tərəfdaşlıq öz yerində, ancaq Rusiya və İran da özlərini təhlükəli sərnişin təyyarələrindən qorunmaq məcburiyyətindədirlər. Belə vəziyyətdə Ermənistana aid "Aircompany Armenia", "Armenia Airways", "Armenian Helicopters", "Atlantis Armenian Airlines", Atlantis European Airways", "Mars Avia" и "Skyball" şirkətlərini müflisləşmə gözləyir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 03 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 281
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 732
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

11:48 183
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

10:34 215
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. BİG.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22.04.2024 289
.

Hacı Şahinin oğurlanmış "YouTube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi "YouTube" hesabı geri qaytarılıb. xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində məlumat verilib. "Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı ger

22.04.2024 418
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 277
.

"Fransa müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir"-EKSPERT

"Bu gün Fransanın "bizimdir" deyə zəbt etdiyi Yeni Kaledoniyada insan 3500 il əvvəl məskunlaşıb. Həmin vaxt nəinki Napoleonun babasının babası, heç Karolinqlər sülasənin və ya Merovinqlər sülaləsinin əcdadları da yox idi.Dünyada bizim bayrağa bayrağı ən çox bənzəyən Yeni Kaledoniya Saki

22.04.2024 243
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 610