Polkovnik: "Azərbaycan anti-terror əməliyyatı ilə ərazilərini işğaldan azad etməyə qadirdir"

Polkovnik: "Azərbaycan anti-terror əməliyyatı ilə ərazilərini işğaldan azad etməyə qadirdir""Ermənilərin Şuşada "andiçmə" mərasimi keçirməsi düşmənin özünü həyasızcasına aparmasından xəbər verir. Bundan irəli gələrək Müdafiə naziri də sərt tapşırıqlar verib".

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun keçirdiyi sonuncu müşavirədə verdiyi tapşırıqlar döyüş hazırlığının daha da artırılmasına və veriləcək əmri bütün qurumların dərhal yerinə yetirməsinə tam hazır olmağa xidmət edir".

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun keçirdiyi xidməti müşavirəni şərh edərkən deyib.

O, müdafiə nazirinin mütəmadi müşavirələr keçirdiyini və hər dəfə də ordunun rəhbər heyətinə Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasına hesablanan tapşırıqlar verdiyini vurğulayıb:

"Cənab nazir Zakir Həsənov Silahlı Qüvvələrin rəhbər heyətinə ölkə Prezidenti Ali Baş Komandanın əmrinə uyğun olaraq müvafiq tapşırıqlar verib. Müşavirələrdə demək olar ki, bütün tapşırıqlar ilk növbədə Silahlı Qüvvələrin döyüş hazırlığı, ön xətdə ayıq-sayıqlığın artırılması və düşmən tərəfinin təxribatlarının qarşısının alınması ilə bağlı olur. Son müşavirə də irimiqyaslı əməliyyat-taktiki təlimlərindən sonra keçirildi. Bu müşavirəni həmin əməliyyat-taktiki təlimlərinin daha geniş şəkildə yekunu kimi qəbul etmək olar. Təlimlər uğurla başa çatdı, cənab nazir təlim iştirakçılarının qarşıya qoyulan məqsədlərə nail olduqlarını və şəxsi heyətin yüksək peşəkarlıq göstərdiyini vurğuladı. Müdafiə naziri son verdiyi tapşırıqları demək olar ki, həmişə verir. Çünki Azərbaycan tərəfi düşməni daimi kəşfiyyat nəzarətində saxlayır. Biz düşməni yaxşı tanımalıyıq, onun haqqında bütün məlumatları bilməliyik. Nə qədər ki düşmən işğal siyasətindən əl çəkmir, biz də ordumuzu gücləndirməklə bağlı fəaliyyətimizə fasilə verməməliyik. Düşmən təxribatlarını davam etdirməsin deyə işğal olunmuş ərazilərmizdə hansı proseslərin getdiyi daim ordumuzun nəzarəti altında olmalıdır. Bunun nəticəsidir ki, erməni tərəfinin təxribatları başlayanda bizim təmas xəttində olan bölmələrimiz qabaqlayıcı tədbirlərlə bunun qarşısını alırlar".

Ş.Ramaldanov bildirib ki, ermənilərin Şuşada "andiçmə" mərasimi keçirməsi düşmənin özünü həyasızcasına aparmasından xəbər verir. Onun sözlərinə görə, bundan irəli gələrək Müdafiə naziri də sərt tapşırıqlar verib:

"Cənab nazir də gizlətməyib ki, Ali Baş Komandan hər an döyüş əmri verə bilər. Buna görə Azərbaycan Silahlı Qüvvələri daim hazır olmalıdır. Çünki Azərbaycan anti-terror əməliyyatı apararaq ərazilərini işğaldan azad etməyə qadirdir. Düşmənin hazırda özlərini həyasızcasına aparması bizim cəmiyyətə də təsir etdi, vətəndaşlarımız çoxsaylı tələblər irəli sürməyə başladılar. Bunlar haqlı tələblərdir, ancaq düşünürəm ki, ermənilər bu vəziyyətdən istifadə etmək istəyirlər. Ermənilərin bu fəallığı və Şuşa məsələsi səbəbsiz yerə deyil. Onlar bütün məqamlardan həyasızcasına istifadə etmək istəyirlər. Nazirin də müşavirədə qeyd etdiyi kimi, bu dəfə Aprel hadisələri olmayacaq. Artıq hər hansı təxribat olarsa Azərbaycan Ordusu malik olduğu ən müasir silahların tətbiqi ilə işğal olunmuş torpaqları azad edəcək. Bunun üçün də Müdafiə naziri Zakir Həsənov birləşmə komandirləri və bütün rəhbər heyətə müəyyən tapşırıqlar verib. Düşünürəm ki, bunlar Azərbaycan tərəfinin mümkün addımlarından irəli gələn tapşırıqlardır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 278
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 404
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 623
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 2495
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 494
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 489
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 214
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 459
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 340