Koronavirusun bu zərbəsini çox az insan görür - Ən dağıdıcı nəticələr açıqlandı

Koronavirusun bu zərbəsini çox az insan görür - Ən dağıdıcı nəticələr açıqlandı

Koronavirus xərçəng, ürək-damar, şəkər kimi dünyada illik ölümlərin 71%-ni əhatə edən və yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına, eynilə müalicəsinə ciddi zərbə vurub.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir.

ÜST-ün may ayında 3 həftə boyunca 155 ölkədə apardığı araşdırmada COVID-19 pandemiyasının yoluxucu olmayan xroniki xəstəliklərin müalicəsini qlobal miqyasda krizisə uğratdığı məlum olub.

Araşdırmada xüsusilə səhiyyə sistemi zəif olan ölkələrdə pandemiya səbəbilə bu xəstəliklərin qarşısının alınması və müalicəsinin böyük zərər gördüyü üzə çıxıb. Yoluxucu olmayan xəstəliklərə sahib insanların digərlərinə nisbətən COVID-19 qaynaqlı ölümlər mövqeyindən böyük risk altında olduğu vurğulanıb.

Araşdırma aparılan 155 ölkənin 53%-də yüksək təzyiq, 49%-də şəkərlə bağlı komplikasiyalar, 42%-də xərçəng, 31%-də ürək-damar xəstəliklərinin müalicə və xidmətlərinin qismən, yaxud tamamilə pozulduğu bildirilib.

Araşdırmanın nəticələrini şərh edən qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus bu nəticələrin sürpriz olmadığını deyib: “Xərçəng, ürək-damar və şəkər xəstəliklərinin müalicəsinə ehtiyac duyan bir çox insan pandemiya başlayandan bəri lazımi səhiyyə xidmətlərini və dərmanları ala bilmir”.

Yoluxucu olmayan xəstəliklər hər il 41 milyon insanın ölümünə səbəb olur. Bu da qlobal miqyasda ölümlərin 71%-ni təşkil edir. Hər il 30-69 yaş arasında 15 milyon insan bu xəstəliklər səbəbilə ölür. Bu erkən ölümlərin 85%-i aşağı və orta gəlirli ölkələrdə yaşanır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1416 Tarix: 02.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər