Neft bahalaşmaqda davam edəcəkmi? - Şərh

Neft bahalaşmaqda davam edəcəkmi? - ŞərhOPEC+ ölkələrinin nazirlərinin görüşünün yaxınlaşması və saziş çərçivəsində hasilatın indiki səviyyədə azaldılmasının sentyabr ayının 1-dək uzadılması barədə xəbərlər neftin qiymətini artırır.

Artıq Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin bir barelinin avqust ayı üçün fyuçers qiymətləri 39 ABŞ dollarını, Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin iyul fyuçers qiymətləri 36 ABŞ dollarını ötüb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Report"a neftin qiymətinin artmasını bazarın tənzimlənməsi ilə əlaqələndirir.

"May ayının 1-dən qlobal neft bazarlarına OPEC və müttəfiq dövlətlərin Vyana sazişi çərçivəsində edilən intervensiya artıq real bazarda nəticəsini verməkdədir. Müstəqil şirkətlərin və bazar iştirakçılarının verdiyi məlumata görə, hazırda fiziki bazarlardan tələbatdan artıq neft həcmlərinin bir hissəsi yığışdırılıb. Sərbəst fiziki həcmlərin azalması əsasən üzən anbarlarda müşahidə olunur. Üzən anbarlarda neft həcmlərinin əvvəlki aylara nisbətən azalması fraxt qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Lakin paralel olaraq hazırda stasionar anbarlarda neft həcmlərində az da olsa artımlar müşahidə olunur. Əsasən Asiya-Sakit Okean, Çin, son bir həftədə isə Hindistanın idxal həcmlərində müəyyən artımlar qeydə alınıb. Hindistanın dövlət neft şirkəti BTC neft qarışığının iyul və avqust ayında bir neçə gəmi üçün tədarükü ilə bağlı tender elan edib. Bu, yaxın aylarda Hindistanda da xam neftə olan tələbatın may ayı ilə müqayisədə bir qədər artacağını göstərir", - ekspert qeyd edib.

Neft bahalaşmaqda davam edəcəkmi? - ŞərhO əlavə edib ki, bunlara baxmayaraq, yenə də bazarlarda tələbatdan artıq neft həcmləri mövcuddur, ona görə də hələlik bazarda möhkəm balansın yaranması fikrini söyləmək mümkün deyil.

Neftə tələbat yenə də aşağı olacaq

Ekspertin fikrincə, bütün hallarda ilin sonuna kimi neftə olan tələbat keçən ildən kifayət qədər aşağı olacaq: "2019-cu ildə qlobal neftə olan tələbat gündəlik 99,5 mln. bareldən yuxarı idisə, bu ilin sonuna 88 mln. barel olacağı gözlənilir. Yəni keçən illə müqayisədə gündəlik tələbatda 10 mln. barel azalma olacaq". Z.Vəliyev 2021-ci ildə də tələbatın çox yüksək səviyyəyə çatmayacağını bildirib. Onun fikrincə, gələn il neftə olan qlobal tələbat maksimum gündəlik 95 mln. barelə yaxınlaşa bilər, lakin bu da bazarın tənzimlənməsindən asılıdır.

"Son dövlərdə Çində idxal həcmləri artır, amma bu tələbatın artması demək deyil. Çin gündəlik idxal etdiyi 9,5 - 9,7 mln. barellik həcmlərin 1,7-1,8 mln. barelini strateji və kommersiya təyinatlı neft ehtiyatlarının formalaşdırılmasına yönəldir. Bu da bazar üçün çox təhlükəlidir. Çünki ilin axırına kimi Çində strateji və kommersiya ehtiyatları 1 mlrd. barelə yaxınlaşarsa, gələn il üçün idxal həcmləri azala bilər. Analoji fikirləri neft məhsulları ilə bağlı da demək olar. Hazırda Çinin emal gücləri 13 mln. bareli ötüb. Ölkə emal güclərinin xamalla yüklənməsini 2019-cu il səviyyəsinə çatdırmaqla daxili tələbatı ödəyir, eyni zamanda tələbatdan artıq neft məhsullarını bazara çıxarır. Bu da bazarda balansın pozulmasına səbəb olur", - ekspert əlavə edib.
Neft bahalaşmaqda davam edəcəkmi? - ŞərhBazar üçün ən uğurlu format – OPEC+

O, indiki dövrdə bazarın tənzimlənməsi ilə bağlı ən uğurlu formatın OPEC və müttəfiqlərinin əməkdaşlıq platforması olduğunu hesab edir. Ekspertin fikrincə, bu platforma çərçivəsində ilin sonuna kimi bazarda müəyyən balansa nail olmaq olar və buna nail olacaqlar.

Ekspert əlavə edib ki, hazırda neftin 1 barelinin real qiyməti 37-38 ABŞ dolları civarında deyil: "Bazar tənzimlənməsə, neftin qiyməti daha aşağı olmalıdır. Məsələn, "Brent" markalı neftin fyuçers qiyməti 37-38 dollar arasında dəyişirsə, hesab edirəm ki, hər bareldə 10 ABŞ dolları OPEC və müttəfiq dövlətlərin Vyana sazişinin təsirindəndir. Bu birmənalı olaraq belədir, əks arqumenti yoxdur".

Ekspert qiymətə təsir edən amillərdən digərinin OPEC+ toplantısı ərəfəsində Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytin may-iyun aylarını əhatə edən 23%-lik kəsintini növbəti aylarda da şamil etmək niyyətləri olduğunu qeyd edib.

Hasilatın azaldılma səviyyəsi uzadılmalıdır

Qeyd edək ki, aprel ayında qəbul olunmuş qərara əsasən, OPEC+ ölkələri hasilatı may-iyun aylarında 2018-ci ilin oktyabr ayındakı göstəricidən (Rusiya və Səudiyyə Ərəbistanı üçün istinad bazası fərqlidir -11 mln. barel) 23% (9,7 mln. barel/gün) səviyyəsində azaltmalıdır. Həmin qərara əsasən, iyul ayından ilin sonunadək gündəlik hasilatın 18% və ya 7,7 mln. barel, 2022-ci il aprel ayının sonuna kimi isə 14% yaxud 5,7 mln. barel azalması nəzərdə tutulur.

Ekspert may və iyun ayları üçün nəzərdə tutulan 23%-lik kəsintinin sonrakı aylarda da tətbiq edilməsini vacib hesab edir.

Neft bahalaşmaqda davam edəcəkmi? - ŞərhOnun fikrincə, bu, həm stasionar anbar mərkəzlərində, həm də üzən anbarlarda tələbatdan artıq neft həcmləri olduğu üçün vacibdir. "Həmin neft həcmlərinin böyük hissəsi bazardan yığışdırılmalıdır. Bundan sonra bazarda canlanma başlayacaq. Çünki həm stasionar, həm də üzən anbarlarda tələbatdan artıq neft həcmlərinin mövcud olması, sərbəst güclərin tükənməsi, neft hasilatını təhdid altına alır. Bu da ixrac güclərini, magistral neft kəmərlərinin funskional fəaliyyətini, digər tərəfdən neft emalı zavodlarının normal marja ilə, gəlirlə işləməsini təhdid edir. Bunlar böyük bir həlqədir və bu həlqənin hər bir elementinə dəqiq nəzarət etmək lazımdır. Hesab edirəm ki, iyul-avqust aylarında 23%-lik kəsinti üçün yenidən qərar qəbul edilməlidir".

O xatırladıb ki, bu aydan başlayaraq bazarda balansın formalaşmasını daha sürətləndirmək, bazarın tənzimlənməsinə daha sürətlə nail omaq üçün Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt gündəlik hasilatını kvotadan əlavə 1,2 mln. barel (1 mln. barel Səudiyyə Ərəbistanı, 80 min barel Küveyt, 120 min barelə yaxın BƏƏ) azaldacaq. Ekspertin fikrincə, bu da bazarda balansın formalaşmasına təkan verəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223