Yerə daha bir asteroid yaxınlaşır

Yerə daha bir asteroid yaxınlaşır

İyunun 6-da "potensial təhlükəli" kateqoriyasına aid edilən asteroid Yerin yaxınlığından keçəcək.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə NASA-da bildiriblər.

Qeyd olunur ki, 2002 NN4 adı verilən asteroidin diametri 570 metrə çatır. Asteroid Yerə 5,1 milyon kilometr məsafədə keçəcək.

Xatırladaq ki, aprelin 29-da "potensial təhlükəli" hesab olunan asteroid planetin 6 milyon kilometr yaxınlığından keçmişdi.

Ümumilikdə, Yerə təhlükəli yaxınlıqda hərəkət edən 25 minə yaxın asteroid mövcuddur.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 498 Tarix: 02.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər